Hizbullahın baş katibi Nəim Qasim çıxışı zamanı təşkilatın mövqeyinin dəyişmədiyini bildirərək, torpaqlar tam azad olunana qədər fəaliyyətlərini davam etdirəcəklərini bəyan edib.
Onun sözlərinə görə, Livanda davamlı həll yalnız İsrail qüvvələrinin ölkə ərazisindən çıxması və Livan ordusunun Litani çayının cənubunda tam şəkildə yerləşdirilməsi ilə mümkün ola bilər.
Qasim vurğulayıb ki, təşkilat ölkədə daxili qarşıdurmanın yaranmasına imkan verməyəcək, eyni zamanda özünə qarşı yönələn addımlara da cavabsız qalmayacaq. Hizbullah lideri çıxışında İranın beynəlxalq danışıqlardakı mövqeyini dəstəklədiklərini bildirib.
O qeyd edib ki, təşkilat ABŞ və İran arasında aparılan danışıqlar prosesinə dair Tehranın mövqeyini müdafiə edir və bu istiqamətdə atılan addımları dəstəkləyir.
Nəim Qasim Livanda ABŞ-ın təsirinin azaldılmasının vacibliyini vurğulayıb.
O, həmçinin İsraillə əldə olunduğu bildirilən razılaşmaların Livanın maraqlarına uyğun olmadığını iddia edib və bu cür təşəbbüsləri tənqid edib.
Qasimin sözlərinə görə, atəşkəsdən sonra yüzlərlə pozuntu qeydə alınıb və bu hadisələr bölgədə gərginliyin davam etdiyini göstərir.
Çıxışında İranın son hadisələrdən sonra daha da gücləndiyini iddia edən Hizbullah rəhbəri bildirib ki, Tehran xalqın dəstəyi sayəsində mövqeyini qoruyub.
O, İranın müdafiə qabiliyyətini inkişaf etdirmək, dinc məqsədli nüvə proqramını davam etdirmək və beynəlxalq münasibətlərini öz maraqları çərçivəsində formalaşdırmaq hüququna malik olduğunu söyləyib.
Qasim həmçinin ABŞ və İsrailin məqsədlərinə nail ola bilmədiyini iddia edərək, İranın son hadisələrdən “başıuca çıxdığını” bəyan edib.
Hizbullah həmin gün Beyrutun cənub ətrafında, Sur, Qaziyyə və Bəlbək şəhərlərində kütləvi toplantılar təşkil edib.
Təşkilat bu tədbirlərin İran rəhbərliyi ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıdığını bildirib. Qeyd edək ki, çıxış zamanı səsləndirilən bir sıra siyasi və hərbi iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Nəim Qasim: Müqavimət yolundan dönməyəcəyik