Belçika 1/8 finalda

Futbol üzrə dünya çempionatında Belçika millisi Seneqalla qarşılaşıb.

Sietl stadionunda keçirilən 1/16 final mərhələsinin oyununda Belçika millisi 3:2 hesabı ilə qələbə qazanıb.

Seneqal I qrupunda üçüncü, Belçika isə G qrupunda birinci yeri tutub.

1/8 final mərhələsində Belçika millisi ABŞ–Bosniya və Herseqovina görüşünün qalibi ilə qarşılaşacaq.