Azərbaycanın tanınmış Əhli-beyt (ə) məddahı Seyyid Taleh Boradigahinin Tasua və Aşura məclislərində ifası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən yasaqlanıb. Bu barədə məddah özünün sosial media hesabında paylaşımda bildirib.
Onun bildirdiyinə görə qadağası heç bir qanun pozuntusuna əsaslanmayınb. Sadəcə ona bildirilib ki, Tasua və Aşura məclislərində mədhiyyə edə bilməz. Seyyid Taleh belə bir qadağanın heç bir hüquqi müstəviyə sığmadığını bildirərək məsələ ilə bağlı Komitənin sədri Ramin Məmmədova müraciət edərək ondan süni yaradılmış bu qadağanın aradan qaldırılmasını istəyib.
“Tasua və Aşura günlərini evimdə oturacam. Çünki Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidlərdə oxumağıma izin vermir. Axı səbəb nədir? Hansı cinayəti törətmişəm? Mən bu ölkənin övladıyam, niyə gedib başqa müsəlman ölkələrində oxumalıyam? Nə edək, dərdimizi kimə deyək? Xahiş edirəm hörmətli Ramin müəllimdən Ramin Məmmədov mənə bu problemdə kömək göstərəsiz.”
Xatırladaq ki, Seyyid Taleh Boradigahi illərdir ölkəmiz və hüdudlarından kənarda dini məddahlıqla məşğuldur. Hər il Türkiyənin İstanbul şəhərində Halkala meydanında milyonlarla insanın toplandığı Aşura məclisləri məhz onun ifası ilə baş tutur.
Seyyid Taleh Boradigahinin Tasua və Aşura məclislərində ifasına qadağa qoyulub