Paytaxt Tbilisiyə yaxın Poniçala (Soğanlıq) qəsəbəsində Məhərrəm ayının 8-ci günü ilə əlaqədar Tasua yürüşü keçirilib.
Yerli əhali və ətraf yerlərdən qatılan müsəlmanların iştirakı ilə mərasim baş tutub.
Poniçalada yerləşən Əhli-Beyt (ə) məscidinin önünə toplanaraq yürüyüşə başlayan müsəlmanlar, "Ya Hüseyn, Ya Əbəlfəz, Ya Zeynəb" şüarları səsləndirərək mərsiyyə sədaları altında qəsəbənin mərkəzinə doğru yürüş ediblər.
Poniçalanın mərkəzində qurulan kürsüdə çıxış edən Əhli-Beyt məscidinin axundu Hacı Rahid Kərimov, burada Kərbəla hadisələrindən danışaraq, Tasua yürüşünün əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, İmam Hüseynin (ə) kərbəlasından alınacaq dərslər var. Bu dərslər hər bir müsəlman üçün öz dininə, vətəninə, millətinə sahib çıxmaq üçün əhəmiyyət daşıyır.
Gürcüstanda Poniçala (Soğanlıq) qəsəbəsində Tasua yürüşü baş tutub