DÇ-2026: Niderland - İsveç matçında 6-cı qol vuruldu

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda növbəti qol vurulub.

Niderland millisi hesab arasındakı fərqi artırıb - 5:1.

Krisensio Sammervill 89-cu dəqiqədə fərqlənib.

Niderland millisinin heyətində Brayan Brobbi (5, 17) və Kodi Qakpo (47, 54) dubla imza atıblar. Daha bir qolu isə Krisensio Sammervill 89-cu dəqiqədə rəqib qapısından keçirib. İsveç yığmasının yeganə qolunu 59-cu dəqiqədə Entoni Elanqa vurub.

Beləliklə Niderland 4 xalla ilk pilləyə yüksəlib.