Monqolustanın paytaxtı Ulan-Bator şəhərində keçirilən nüfuzlu "Böyük Dəbilqə" turniri Azərbaycan üçün uğurla başlayıb.
60 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Balabəy Ağayev bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib çıxıb.
Cüdoçumuz həlledici final görüşündə əsl əzmkarlıq nümayiş etdirib. O, yaponiyalı dünya çempionu Ryuju Naqayamanı məğlubiyyətə uğradaraq turnirin qalibi adını qazanıb.
Xatırladaq ki, idmançımızın şəxsi məşqçisi Şümşət Bəhramovdur.
Qeyd edək ki, beynəlxalq səviyyəli "Böyük Dəbilqə" turnirinə iyunun 21-də yekun vurulacaq. Bu mötəbər yarışda Azərbaycan milli komandası 17 cüdoçu ilə təmsil olunur.
İdmançımız qızıl medal qazandı