Almaniyanın paytaxtı Berlin şəhərində Almaniya Kansleri binası (Bundeskanzleramt) önündə siyasi mühacirlərin təşkil etdiyi aclıq aksiyası 2-ci gündür ki, davam edir. Aksiya Azərbaycanda həbs həyatı yaşayan 9 jurnalist və 6 inanclı xanımın həbsinə etiraz olaraq keçirilir.
Orxan Ağayev və Elvin Şıxəliyevin təşkilatçılığı ilə baş tutan aclıq aksiyası iyunun 25-nə qədər sürəcək. Tədbirə Müsəlman Birliyi Hərəkatının üzvləri də daxil olmaqla Avropada yaşayan mühacirlər də qoşulub.
Aksiyanın əsas məqsədi Azərbaycanda insan hüquqları, qanunsuz həbslər fonunda günahsız jurnalist və vətəndaş cəmiyyəti üzvləri, inanclı xanımların həbsinə diqqət yönəltməkdir. Buna görə də təşkilatçılar oturaq aksiyanı aclıqla davam edərək məsələnin əhəmiyyətini beynəlxalq təşkilatlara çatdırmağa çalışırlar.
Almaniyada oturaq aclıq aksiyası davam edir