İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin Nəvatim və Tələnovdakı iki strateji hava bazasına qarşı “Nəsr” əməliyyatına başlandığını açıqlayıb.
SEPAH bildirib ki, əməliyyat Hərbi Hava Kosmik Qüvvələr tərəfindən başladılıb və hədəf bu iki hava bazasının mühüm mərkəzləri olub.
Bildirilib ki, bu addım İsrailin İranın üç müxtəlif nöqtəsində yerləşən bir neçə radar obyektinə raket hücumuna cavab olaraq atılıb.
SEPAH vurğulayıb ki, cavabın sürəti, hədəflərin genişliyi və döyüş bölmələrinin tam hazırlıq vəziyyəti əməliyyatın bu mərhələsinin əsas xüsusiyyətləri olub.
Qeyd olunub ki, əməliyyat qüvvələri daha geniş addımlar üçün müxtəlif cəbhələrdə hazır vəziyyətdə saxlanılır.
SEPAH İsrailin iki strateji hava bazasına qarşı əməliyyata başlayıb