Narkotik ittihamı ilə şərlənib həbs edilən siyasi məhbus, Mingəçevir sakini Elvin Nəzərov saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəsissəsində cəza kamerasına ("kars") salınıb. Bu barədə onun həyat yoldaşı Şəbnəm Nəzərova məlumat verib:
"Elvin Nəzərovu Umbakı Pentensiar Kompleksinə, ciddi rejimə göndərmək üçün yenidən"karsa" salıblar. Yəni ikinci siyasi məhbusluğunu yaşayan, bir neçə ciddi xəstəlikdən əziyyət çəkən Elvinin heç bir günahı olmadığı halda, öz niyyətlərini həyata keçirmək üçün, istədikləri zülmü edirlər. Bütün bu qanunsuzluqlara görə dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət etmişəm amma görünür heç kim öz işini görmək istəmir.
Müəssisə rəhbərliyi də əvvəlcədən bildirmişdi ki, yuxarıdan xəbər gəlsə səni Umbakıya ciddi rejimə göndərəcəyik. Bundan qabaq saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəsissəsində də rəis Elvinə deyirdi ki, səni Umbakıya, ciddi rejimə gondərəcəm.
Bir sözlə, Elvinə zindan icində zindan yaşadırlar."
Siyasi məhbusun həyat yoldaşı bildirib ki, o, ciddi xəstəliklərdən əziyyət çəkir:
"Elvin bir- neçə gün öncə ödündəki polipə görə Pentensiar Xidmətin Müalicə Müəssisəsinə aparılmışdı. Həkim bildirib ki, ödündəki polip böyüyüb.
Həkimlər də bildiriblər ki Elvinə qapalı şərait olmaz, normal qida lazımdır.
Yəni hansı məhbusu gözləri götürmürsə onu nizam intizam qaydası pozmaqda günahlandırıb göndərirlər ciddi rejimə.
Elvin hazırda "kars"dadı və butun hüquqları pozulub. Pulunu götürüblər, verməyiblər. Elvinin həftədə bir dəfə "larokdan" yemək alıb yemək icazəsi var. Amma pulunu vermirlər ki, özünə yemək alsın. Həbsxananın yeməyi yeyiləsi gündə deyil.
Elvinin həyatı təhlükədədi.
Şərləyərək 5 il 4 ay azadlığı əlindən alınan günahsız insana zindan içində zindan yaşadırlar.
Haqq hər zaman qalibdi.
Mayın iyurmisində Elvinlə görüşdüm. 21-i günü cəza kamerasına salınıb.
Apardığım sovqatı Elvin istifade ede bilməyib.
Rayondan Bakıya getmək üçün insanın nə qədər enerjisi, pulu çıxır. Çətinliklə aparılan ərzaqdan istifadə etmədən və heç bir qanun pozuntusu etməyən məhbusu öz iyrənc məqsədlərini həyata keçirmək üçün cəzalandırmağın adı nədir?"
YADDAŞ
Qeyd edək ki, keçmiş Gəncə məhbusu Elvin Nəzərov ikinci siyasi məhbusluğunu yaşaybu ır. O, 06.04 2024 tarixində ikinci dəfə şərlənərək həbs edilib. Elvin Nəzərovun ikinci həbsi Azərbaycanda şiə dindarların, kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi layihəsi çərçivəsində baş tutub.
09.01.25 tarixində Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə ona 5 il 4 ay həbs cəzası verilib.
Arzu Abdullah
Siyasi məhbusun pulunu əlindən alıb, yenidən "karsa" salınıb