Martın 3 də barəsində həbs qətiimkan tədbiri seçilərək 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülən inanclı Məmmədov İsmayıl Qoşqar oğlundan ailəsi heç bir xəbər ala bilmir. Martın 2 – də iki dostu ilə birlikdə naməlum şəraitdə yoxa çıxan inanclı haqqında ailə bir gün sonra, martın 3-də məlumat öyrənə bilir ki, narkotiklərlə bağlı saxta ittiham olunan İsmayıl məhkəmə önünə çıxarılıb və barəsində həbs qətiimkan tədbiri seçilib.
Ailə bundan sonra İsmayılın təcridxanada karantinə alındığını düşünərək onlarla telefon əlaqəsi yaradacağını gözləyir. Lakin günlər keçməsinə baxmayaraq ondan heç bir xəbər ala bilmirlər.
Bundan sonra ailə bir neçə gün öncə təcridxanaya İsmayıl üçün azuqəni aparır. Müəssisə azuqəni qəbul edərək ailəyə bildirir ki, o tez bir zamanda onlarla əlaqə saxlayacaq. Lakin günlərin keçməsinə baxmayaraq İsmayıldan hələ ki, xəbər almaq mümkün olmayıb.
Məsələ ilə bağlı onlar Penitensiar Xidmətin qaynar xətti, eyni halda Ombudsmana Aparatına müraciət ediblər. Ailə narahatdır ki, İsmayıl ilə saxlanılan andan əlaqə saxlanılmasının mümkün olmaması hansısa müəmmalı hadisə ilə əlaqəlidir.
Martın 2-də saxlanılan inanclı ilə bağlı ailə ciddi narahatlıq yaşayır