İranda yeni Ali Dini Liderin seçilməsi Trampa tərsinə vurulan şapalaq oldu

İranda şəhid rəhbər Ayətullah Seyyid Əli Xameneidən sonra seçiləcək şəxsin kimliyi hər kəsin diqqət mərkəzində və dünyanın xüsusi izlədiyi hadisələrdən idi. Yeni lider İranın gərgin müharibə apardığı hadisələrin, imperialist qüvvələrin təzyiq və hərbi müdaxiləsi fonunda seçilməsi bu məsələnin əhəmiyyətini daha da artırırdı.

Trampın “namizəd” olaraq dəyərləndirəcək şəxsin seçim razılığı fonunda İran tam qətiyyətlə xalqın ruhunu Xamenei xəttində davamlı bir müstəvidə saxladı. Ölkədə Ali Dini Lider İmam Xameneinin oğlu Müctəba Xamenei rəhbər seçildi.

Xalq bütün bu gərginliklərə baxmayaraq öz müqəddəratını, gələcəyini, siyasi və mübarizə ruhunu Xamenei məktəbinə etibar edərək, Ali Dini Lider Müctəba Xamenei ilə İranın gələcəyini qurmaq qərarını verdi. 

İslam dünyası, qardaş İran xalqını Müctəba Xameneinin seçimi münasibəti ilə təbrik edir, düşmənlərin qorxulu röyası olan Xameneilər ailəsinin bu dəyərli nümayəndəsinin ümmətin, bəşəriyyətin nicatında İlahi yardım və uğurla haqqı bərqərar etməsini Mütəal Allahdan diləyirik.

Qədəmləriniz mübarək!

 

Hacı Tale Bağırzadə