Ramazan ayında qadın Quran qariləri Quran tilavəti üçün bir araya toplandırlar

İman Əli (ə) ziyarətgahına bağlı “Qadın Darul Quranı”nın Ramazan proqramı İraq daxilində və xaricində müxtəlif yaş qruplarından olan iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qadın Darul Quranının rəhbəri Dalal əl-Tabatabai bu ilki Ramazan proqramının Quran tilavətlərinin sayında əhəmiyyətli artımla seçildiyini bildirib.

O əlavə etdi ki, bu Quran tilavətləri yalnız Nəcəf şəhəri ilə məhdudlaşmayıb və Qadın Quran Təhsili Bölməsinin birbaşa nəzarəti altında İraqın müxtəlif əyalətlərinə və dünyanın bir çox ölkəsinə yayılıb.

Əl-Tabatabai bildirib ki, qadınlar üçün Quran tilavəti proqramında iştirak edən görkəmli beynəlxalq məkanlar arasında Almaniya, Səudiyyə Ərəbistanı və Avstraliya da var. Mərkəzin elit tələbələri Quran tilavətlərini ifa edərək, İraqlı qadın Quran hafizlərinin qlobal səhnədəki qürurlu varlığını nümayiş etdiriblər.

Mərkəz rəsmisi əlavə etdi ki, onlar Ramazan ayı boyunca elektron əzbərləmə, Quran elmləri, Quran tilavəti qaydaları və Quran möcüzələri üzrə ixtisaslaşmış kurslar təklif etməyə davam edirlər.

O, həmçinin xüsusi olaraq Ramazan ayı üçün bir sıra müsabiqələrin, o cümlədən Əl-Bəyyinə surəsinin əzbərlənməsi və təfsiri, eləcə də Əl-Kəhf surəsinin təfsiri üzrə müsabiqələrin keçirildiyini qeyd edib.