“Taliban” hərəkatının sözçüsü Zabihullah Mücahid ABŞ-nin İrana mümkün hücumu halında Əfqanıstanın yeni hakimiyyətinin Tehranı müdafiə edəcəyini açıqlayıb.
Onun sözlərinə görə, hərəkat işğala qarşı mübarizədə mümkün bütün vasitələrlə – o cümlədən hərbi yardım göstərməyə hazırdır.
Mücahid həmçinin bildirib ki, təxminən iki il əvvəl İran, Suriya və İraq husilərin Yəməndəki dəstəyi ilə İsrailə qarşı mümkün quru müharibəsini və şiə-sünni birgə “cihad” ideyasını müzakirə ediblər. Lakin Suriyada Bəşər Əsəd hakimiyyətinin süqutundan sonra bu proses dayanıb.
İndi isə Talibanla İranın ABŞ və İsrail tərəfindən dəstəklənəcəyi iddia olunan böyük qarşıdurma ehtimalına qarşı yeni ittifaq formalaşdırdığı qeyd olunur.
Əfqanıstan ABŞ-nin İrana mümkün hücumunda Tehranı müdafiə edəcəyini açıqlayıb