Həbsxanada olan siyasi məhbuslar MBH-ni təbrik etdi

Həbsxanada olan siyasi məhbuslar Etibar İsmayılov, Razi Hümbətov, Cavid Allahverdiyev və Amil Bilalov Müsəlman Birliyi Hərəkatının 11-ci ildönümü münasibəti ilə təbrik ünvanlayıb. Xoş arzulara qoşulan inanclılar bütün hərəkat üzvülərini təbrik edib və Allahdan onlara uğur və bərəkət diləyiblər.

Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatı 2015-ci ilin 13 martında yaranıb və fəaliyyətə başlayıb. Zamanla siyasi, psixoloji və fiziki təzyiqlərə məruz qalan hərəkat üzvülərinin hal-hazırda 50-dən artıq üzvü həbs həyatı yaşayır.