Lüksemburq Fələstini tanımağa hazırlaşır

Lüksemburq bu ayın sonunda Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında Fələstini dövlət kimi tanımaq niyyətini açıqlayıb.

Lüksemburqun baş naziri Luk Friden və xarici işlər naziri Ksavye Bettel bu barədə parlament komitəsi qarşısında bəyanat veriblər.

Ötən cümə günü BMT Baş Assambleyası Fələstin dövlətini tanımaq və İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllini təşviq etmək məqsədi daşıyan “Nyu-York Bəyannaməsi”ni təsdiq edən qətnamə qəbul edib.