Jurnalist Adəm Əbu Hərbid və onun üç qohumu soyqırım törədən İsrail ordusunun Qəzza zolağının şimalında Qəzza şəhərinə hücumu nəticəsində həlak olub.
Anadolu Agentliyinin (AA) müxbirinin Qəzzadakı tibbi mənbələrdən aldığı məlumata görə, İsrail ordusu Qəzzanın mərkəzində Yərmuk bazarı yaxınlığında köçkünlərin yaşadığı çadırı bombalayıb.
Hücum zamanı jurnalist Əbu Hərbid və onun üç qohumu həlak olub, Əbu Hərbidin həyat yoldaşı və uşaqları isə yaralanıb.
Hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada da İsrailin hücumu nəticəsində jurnalist Adəm Əbu Hərbid və ailəsinin öldürüldüyü açıqlanıb.
Əbu Hərbidin bir çox media orqanında çalışmış jurnalist olduğu vurğulanan açıqlamada Qəzza zolağına hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana öldürülən jurnalistlərin sayının 232-yə yüksəldiyi vurğulanıb.
Bəyanatda Qəzzada jurnalistlərin sistematik şəkildə öldürülməsi “ən sərt şəkildə” pislənilib, Beynəlxalq Jurnalistlər Federasiyası, Ərəb Jurnalistlər Birliyi və dünya üzrə bütün media qurumları Qəzza zolağında fələstinli mətbuat nümayəndələrinə qarşı törədilən sistematik cinayətləri pisləməyə çağırılıb.
"Biz İsrail işğalını, ABŞ rəhbərliyini və soyqırımda iştirak edən Böyük Britaniya, Almaniya və Fransa kimi ölkələri bu iyrənc və vəhşi cinayətləri törətməkdə məsuliyyət daşıyırıq" deyilir.
Daha bir jurnalisti öldürən İsrailin qətlə yetirdikləri jurnalistlərin sayının 232-yə yüksəldi