İngiltərənin paytaxtı Londonda Fələstinlə həmrəylik nümayiş etdirmək üçün toplaşan yüz minlərlə insan 5-ci dəfə küçələrə çıxıb.
İsrailin Qəzzaya hücumlarını, həmçinin Daxili İşlər Naziri Bravermanın Fələstinə dəstək yürüşlərini tənqid etməsinə 'nifrət yürüşü' sözləri ilə etiraz etmək istəyən, sayı 300 min olan Fələstin tərəfdarı nümayişçi yerli vaxtla günorta saatlarında Hyde Parkda toplaşıb.
Ölkədəki bir çox qeyri-hökumət təşkilatının çağırışı ilə Fələstinlə həmrəylik aksiyasına qatılan nümayişçilər İsraildən Qəzzaya hücumlarına son qoymağa, blokadanı ləğv etməyə, dərhal atəşkəs elan etməyə və humanitar yardım materiallarının ölkəyə tam şəkildə daxil olmasına icazə verməyə çağırıblar.
Bravermanın “nifrət yürüşü” bəyanatlarına reaksiya verənlər, daxili işlər nazirinin işdən çıxarılmasını tələb edən plakatlar qaldırıblar.
Londonda Fələstinə dəstək yürüşü