Netanyahunun əleyhdarları yenidən küçələrdə

İsrail rejimin paytaxtı Təl-Əvivdə Netanyahu əleyhinə nümayiş keçirib.

Nümayişçilər Netanyahu hökumətinə qarşı pankartlar açaraq erkən seçkilərin keçirilməsini tələb ediblər. Minlərlə nümayişçi Təl-Əvivin mərkəzi nöqtələrindən Kaplan küçəsinə doğru addımlamağa çalışıb.

İsrail polisi süvari birlikləri nümayişçilərə müdaxilə edib. İsrail polisi Qəzza zolağında bir qrup israilli məhbus ailəsinə qarşı da güc tətbiq edib. İsrail polisi ilə nümayişçilər arasında tez-tez toqquşmalar olub.

İsrail polisinin verdiyi açıqlamaya görə, 19 nümayişçi saxlanılıb.

Nümayişçilər Netanyahuya xitabən tez-tez “Məsul sənsən, günahkarsan”, “Hamı bilir ki, sən günahkarsan” şüarları səsləndiriblər.