"Əl-Əqsa" tufanı ilə bağlı tarixi hadisə sionist rejim əleyhinə olsa da, Amerikanın regiondan qovulmasına yönəlib.

Operativtv.com Maide.az-a istinadən xəbər verir ki, Ayətullah Xamenei bu gün səhər ölkənin dörd bir yanından gəlmiş minlərlə bəsici (könüllü səfərbərlik dəstəsi) ilə görüşüb. O, görüşü zamanı: ""Əl-Əqsa" tufanı Amerikanın bölgədəki siyasətlərinin masasını alt-üst edə bildi və inşallah, davam edərsə, bu cədvəli tamamilə aradan aparacaq"- söyləyib.
Ayətullah Xamenei bildirib ki, sionist rejimin Qəzzə xalqına qarşı törətdiyi cinayət, vəhşilik və qəddar hərəkət təkcə rejimin özünün deyil, həm də Amerikanın nüfuzuna zərbə vurdu. Məşhur Avropa ölkələrinin də reputasiyasını əlindən aldı, həm də Qərb sivilizasiyası və mədəniyyətinin reputasiyasını əlindən aldı.
"Qərbin mədəniyyət və sivilizasiyası o sivilizasiyadır ki, beş min uşağı fosfor bombası ilə şəhid edəndə, hansısa Qərb ölkəsinin rejimi deyir ki, İsrail özünü müdafiə edir.
Bu özünümüdafiədir?
Bu qərb mədəniyyətidir. Bu məsələdə qərb mədəniyyəti nüfuzdan düşdü."
Ali Rəhbər bildirib ki, son 50 günün faciələri sionist rejimin Fələstindəki 75 illik cinayətlərinin xülasəsidir. "Əl-Əqsa" tufanını söndürmək mümkün deyil və bilsinlər ki, bu vəziyyət davam etməyəcək.
İranın Fələstinlə bağlı mövqeyindən danışan Ali Rəhbər bildirib ki, İran İslam Respublikası Fələstində referendumun keçirilməsinə və xalqın rəyinə inanır. İslam Respublikasının baxışı sionistləri və yəhudiləri dənizə atmaq deyil.