İstanbulda 7,5 bal gücündə zəlzələ proqnozlaşdırıldı

Boğaziçi Universitetinin Kandilli rəsədxanasının və zəlzələlərin tədqiqi institutunun tədqiqatlarına əsasən, İstanbulda 7,5 bal gücündə zəlzələ proqnozlaşdırılır.

Trend-in məlumatına görə, yeraltı təkanların İstanbulun cənubunda olacağı və Türkiyə tarixində ən dağıdıcı olacağı proqnozlaşdırılıb.

Qeyd edək ki, Türkiyə seysmik cəhətdən fəal ərazidə yerləşir.