Salyanda zəlzələ olub

Salyanda 3.1 bal gücündə zəlzələ baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələ yerli vaxtla saat 06:33-də Salyan ərazisində qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.