İstanbulda 48 suiqəsd silahı ələ keçirilib

İstanbulda gömrük mühafizə xidməti yoxlama zamanı 48 sui-qəsd silahı ələ keçirib. FaktXeber.com-un Türkiyə mediasına istinadla məlumatına görə, hüquq mühafizəçiləri "CNC Torna Tezgahı Parçaları" kimi bəyan edilən poçtu xüsusi qurğudan keçirəndən sonra  fiziki yoxlamaya göndərib. Nəticədə paketlərin içində texnikaların içinə gizlədilmiş 24 vahid silah hissələri aşkarlanıb.

Qeyd edək ki, araşdırma zamanı daha 3 poçtda 24 silaha aid hissələr ələ keçib. Sursatların ABŞ-dan göndərildiyi məlum olub.

Ümumilikdə 48 ədəd suiqəsd  silahı mexanizmi və hissələrinin alıcıları təsbiq edilərək 6 fərqli ünvana eyni anda əməliyyat keçirilib. Saxlanılan şəxslərin terror təşkilatı ilə əlaqələri axtarılır.