İsrailin təhlükəsizlik kabineti Qəzzanın ələ keçirilməsi ilə bağlı qərar qəbul edib

İsrailin təhlükəsizlik kabineti ölkənin Baş naziri Benyamin Netanyahunun Qəzzanı ələ keçirmək planını təsdiq edib.

“The Times of Israel” qəzeti xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat verib.

Bildirilib ki, planın 5 əsas məqsədi var.

Bu məqsədlərə HƏMAS-ın tərk-silah edilməsi, bütün girovların azad edilməsi, Qəzzanın demilitarizasiyası, İsrailin Qəzzada təhlükəsizlik nəzarəti qurması və müharibədən sonrakı dövrdə Qəzzada HƏMAS-ın və Fələstin hökumətinin daxil olmadığı bir hakimiyyətin qurulması.