İsrailin Livana PUA hücumu nəticəsində “Hizbullah” üzvü öldürülüb

Livanda İsrail PUA-sının hücumu nəticəsində “Hizbullah” üzvü öldürülüb. Atəşkəsin imzalanmasına baxmayaraq birtərəfli olaraq İsrail Livanın ərazisinə hücumlarını davam etdirir. Heç bir təhlükənin yaşanmamasına baxmayaraq İsrail qonşu dövlətin ərazilərini hədəfə almaqdadır.

Bu dəfə İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsinin hücumu zamanı Livanın cənubunda “Hizbullah” hərəkatının silahlı qanadının üzvü öldürülüb.

Bu barədə “Al Hadath” televiziya kanalıməlumat yayıb.

Məlumata görə, hadisə Nəbatiyyə şəhəri yaxınlığındakı Zəvtar-Meyfadun şossesində baş verib. Həmin şəxs pilotsuz təyyarənin iki raket atdığı nəqliyyat vasitəsində olub.