Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin-İsrail münaqişəsinin həlli üçün ölkəsinin İranla əməkdaşlığa hazır olduğunu bəyan edib.
Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Türkiyə lideri iranlı həmkarı İbrahim Rəisinin yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini deyib.
“Qəzza məsələsində İranla əməkdaşlıq etməmək üçün heç bir səbəb yoxdur. Xarici işlər nazirimiz ABŞ-a gedəcək. Əlbəttə, İranın ABŞ prezidenti Co Baydenlə görüşlərdə iştirakından söhbət gedə bilməz, lakin biz mesajlar ötürəcəyik”, - deyə Ərdoğan bildirib.
Ərdoğan Rəisi ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəyini bildirib.
"İranla əməkdaşlığa hazırıq" - Ərdoğan