Həmas Fələstin xalqına dəstək üçün qlobal yürüşləri davam etdirməyə çağırıb

 Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bir bəyanatda İslam xalqları və dünyanın bütün azad insanlarını Fələstin xalqına dəstək üçün aksiya və yürüşləri davam etdirməyə çağırıb.

İRNA-nın Fələstin mediasına istinadən verdiyi xəbərə görə, HƏMAS hərəkatının bəyanatında deyilir: Fələstin xalqı ilə Beynəlxalq Həmrəylik Günündə bütün ərəb və İslam xalqlarından və dünyanın bütün azad insanlarından Qəzza zolağına dəstək, təcavüzü və müharibə cinayətlərini və Qəzza xalqının 50 günlük qətliamını pisləmək üçün kütləvi fəaliyyət və yürüşləri artırmalarını xahiş edirik.