Livanın Hizbullah hərəkatının mərkəzi şurasının üzvü Nəbil Qavuq bildirib ki, ABŞ Qəzzaya qarşı müharibədə göstərdiyi son şoular vasitəsilə hər zamankindən daha çox ikiüzlü davranışını ortaya qoyub.
Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Nəbil Qavuq həmçinin qeyd edib ki, İsrail Qəzza müharibəsi ilə bağlı heç də yaxşı durumada deyil, İsrail hökuməti vasitəçilərə yalvarır ki, sionistləri öz evlərinə qaytarmaq üçün əlindən gələni əsirgəməsinlər.
Nəbil Qavoq Vaşinqtonun Qəzzada törətdiyi cinayətlərlə bağlı deyib: “Qəzzada ABŞ-ın ikiüzlülüyünə şahid oluruq. ABŞ Qəzzaya yardım adı ilə bir təyyarə göndərir və bunun müqabilində İsrailə silahla dolu 100 təyyarə yola salınır. Bunlar o yardımları məhv etmək üçün raketlərdir!"
Nəbil Qavoq həmçinin bəzi islam və ərəb ölkələrinin sionist rejimlə iqtisadi əlaqələrinin davam etməsini "rüsvayçılıq" kimi qiymətləndirib və bildirib ki, bu məsələ "düşməni təcavüz dövrünü uzatmağa sövq edir".
Hizbullah: ABŞ Qəzzaya 1 yardım təyyarəsi, İsrailə 100 silahla dolu təyyarə yollayır!