Hacı Tale Bağırzadə: “İsrailə neft verən Əliyev rejmi bizim uşaqlara qarşı da eyni zehniyyətdədir”

Yanvarın 20-də Şəhidlərin anım mərasimə getməkdə maniə ilə üzləşən Hacı Tale Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə və 7 hərəkat üzvnün uşaqlarının polis tərəfindən saxlanılaraq mərasimə getmələrinin əngəllənməsi hərəkat lideri tərəfindən hiddətlə qarşılanıb. Həbsxanadan bəyanat yayan Hacı Tale Bağırzadə bu addımı qınayıb. Bəyanatda deyilir:

"20 yanvar günündə şəhidlərin anım mərasimi, yürşdə iştirak etmək istəyən uşaqlara qarşı yaradılan qadağa təsadüfi deyil. On mini ötən fələstinli uşaqları qətlə yetirən sionist İsraili neftlə təhciz edən Əliyev rejmi bizim uşaqlara qarşı da eyni davranışı nümayiş etdirəcəyi təbiidir. Fələstində törədilən qətliam sabah bu rejimin də marağında olsa o, heç şübhəsiz xalqı ilə elə sionist zehniyyəti ilə davranacaq. Bu hakimiyyət artıq dəfələrlədir ki, bu fikirdə olduğunu göstərir.
Biz Əliyev rejiminin bu kimi iyrənc addımlarıni tənqid edir və bu rəzalətə son verməsini ondan tələb edirik."

Hacı Tale Bağırzadə.

21 yanvar 2024-cü il.

12 saylı cəzaçəkmə müəsisəsi