DİQQƏT! Bu yolda rənglənmə işləri aparılır

Bakı şəhəri, Heydər Əliyev prospekti, Sabunçu yol qovşağından Hava limanı və Mərdəkan qəsəbəsi istiqamətində bu gün saat 11:00-dan axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.