İsrailin Qəzzaya hücumları davam edir
"Shehab" Xəbər Agentliyinin məlumatına görə, Fələstin mənbələri İsrail döyüş təyyarələrinin Qəzə üzərində intensiv uçuşlar həyata keçirdiyini bildirib. Mənbələr qeyd edib ki, İsrailin hərbi texnikası Cəbaliya Qaçqınlar Düşərgəsinin və Qəzə şəhərinin şərqindəki ərazilərdə manevrlər edir və atəş açır. İşğalçı qüvvələrə məxsus hərbi texnikanın həmçinin Büreyc Qaçqınlar Düşərgəsinin şimal-şərqində hərəkət etdiyi bildirilib.













