"The Times": Avropa ABŞ-nin dizel ehtiyatları ilə bağlı tələblərinə cavab barədə razılığa gələ bilməyib
Böyük Britaniya və Avropa İttifaqı ölkələri ABŞ-nin strateji ehtiyatlardan tədarükün artırılması tələbi fonunda dizel yanacağı bazarındakı vəziyyətlə bağlı təcili danışıqlar keçirib, lakin razılığa gəlmək mümkün olmayıb.
The Times qəzeti xəbər verir ki, Avropa ölkələri hələlik ABŞ Prezidenti Donald Tramp administrasiyasının təzyiqlərinə güzəştə getmək niyyətində deyil.













