12 August 2026

Təkcə bir ildə SOCAR işçi sayı 3 minə yaxın azalıb

Təkcə bir ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) faktiki işçi sayı 3 minə yaxın azalıb.

Qurumun bu gün, avqustun 12-də açıqladığı 2025-ci il üzrə dayanıqlıq hesabatında işçilərin sayı 45 min 227 nəfər göstərilir.

Halbuki, 2025-ci il yanvarın 1-i üçün işçi sayı 48 min 69 nəfər qeyd edilib.

Həmin rəqəmlərdən bəlli olur ki, son bir ildə SOCAR-ın işçilərinin sayı 2 min 842 nəfər azalıb.

Ərəbistan vəhhabilikdən imtina edir

Səudiyyə Ərəbistanı onilliklər boyunca ölkənin əsas dini və siyasi sütunlarından biri sayılan vəhhabilik (sələfilik) məzhəbindən faktiki olaraq uzaqlaşaraq yeni inkişaf mərhələsinə qədəm qoyur.

Vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərliyi ilə həyata keçirilən bu transformasiya krallığı radikal baxışlardan xilas etmək və dünyaya açıq, mötədil dövlət modelinə keçirmək məqsədi daşıyır.

Məscidlər və ziyarətgahlara vakansiya elan edilib

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, vakansiyalar imam, imam köməkçisi və dini ayinlərin icraçısı - müəzzin vəzifələri üzrədir.

İmam vəzifəsi üzrə:

1.    Bakı şəhəri, Yasamal rayonu "Yasamal Hüseyniyyəsi" ibadət evi - 1 yer

İsrail həbsxanalarında 40 fələstinli jurnalist saxlanılır

İsrail həbsxanalarında saxlanılan fələstinli jurnalistlərin sayı 40-a çatıb.

Al-Jazeera xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, işğal altındakı İordan çayının qərb sahilinin Ramallah şəhərində jurnalist Məhəmməd Avadın bu səhər saxlanılmasından sonra İsrail həbsxanalarında olan fələstinli jurnalistlərin sayı 40-a yüksəlib. Fələstin Məhbuslar Cəmiyyəti qeyd edib ki, saxlanılan jurnalistlər arasında 5 qadın da var.

Rusiya Kiyev vilayətinə dron zərbəsi endirib, anbarlar yanır

Rusiya Kiyev vilayətinə dron zərbəsi endirib, anbarlar yanır

Ukraynanın Kiyev vilayətinin Brovarı rayonunda Rusiya zərbə dronlarının səhər hücumundan sonra anbar binalarının ərazisində yanğın baş verib, 65 yaşlı kişi yaralanıb.

Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Kiyev vilayəti üzrə mətbuat katibi Viktoriya Ruban və Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildiriblər.

İranın yüksək vəzifəli rəsmisi: ABŞ-la atəşkəsin uzadılması ilə bağlı heç bir müzakirə aparılmır

İran və ABŞ arasında atəşkəsin müddətinin uzadılması ilə bağlı heç bir müzakirə aparılmır.

Bunu “Reuters“ə yüksək vəzifəli iranlı mənbə bildirib.

İranlı mənbənin sözlərinə görə, Tehran atəşkəs üçün rəsmi başlanğıc tarixinin olmadığını hesab edir və bu səbəbdən onun uzadılmasından da söhbət gedə bilməz.

“ABŞ-la atəşkəsin uzadılması ilə bağlı heç bir müzakirə aparılmır”, - o vurğulayıb.

Tramp NATO Zirvəsindən sonra təhlükəsizlik təhdidi səbəbindən gizlicə Air Force One-dan ayrıldığını təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp iyul ayında Türkiyəyə səfəri zamanı İrandan qaynaqlanan təhlükəsizlik təhdidi səbəbindən gizlicə Air Force One-dan ayrıldığını və başqa bir təyyarəyə köçürüldüyünü təsdiqləyib.

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı günü verdiyi açıqlamada hərbi rəsmilər və Məxfi Xidmətin təhlükəsizlik təhdidi səbəbindən "fərqli bir təyyarəyə" minməsini istəməsindən sonra iyul ayında Türkiyəyə səfəri zamanı gizlicə Air Force One-dan ayrıldığını təsdiqləyib.

“Amnesty International”: ‘Ələsgər Məmmədlinin səhhəti ağırlaşıb’

“Əli Kərimli və Ələsgər Məmmədlinin sağlamlığı həbsxanadakı qeyri-adekvat şərait və zəruri tibbi yardımın göstərilməməsi səbəbindən ciddi şəkildə pisləşib”.

Bu barədə beynəlxalq insan hüquqları təşkilatı "Amnesty International" avqustun 11-də yaydığı bəyanatda bildirib.

Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struters deyib:

Dünyanın su kanalları problemləri davam edir - Panama keçid haqqını rekord həddə qaldırdı

Panama kanalından keçid haqqı rekord həddə - 1,1 milyon dollara çatıb.

Financial Times qəzetinə istinadən xəbər verir ki, bu, kanaldan istifadə edənlərin hədsiz çoxalması ilə bağlıdır:

"Panama Kanalının tez-tez istifadə olunan şlüzlərindən keçid üçün gündəlik hərraclarda keçid haqqı bu ay orta hesabla təxminən 1,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü üçün orta qiymətdən 16 dəfə çoxdur".

ABŞ Yəməndə 150-dən çox mülki şəxsə ciddi zərər vurulmasına görə məsuliyyət daşıdığını ilk dəfə etiraf edib

Pentaqon ABŞ qüvvələrinin 2025-ci ildə Yəmənə endirdiyi zərbələr nəticəsində 150-dən çox mülki şəxsin öldüyünü müəyyən edib.

Bu barədə "The Washington Post" məlumat yayıb.

Qəzetin məlumatına görə, Pentaqonun apardığı daxili araşdırmanın nəticələrinə əsasən, ABŞ-ın 2025-ci ildə Yəməndə silahlı qruplaşmalara qarşı əməliyyatları zamanı həyata keçirdiyi hava zərbələri nəticəsində 153 mülki şəxs həlak olub, təxminən 250 nəfər yaralanıb.

"Fənərbağça" pley-offa yüksəldi

Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.

İstanbul təmsilçisi Avstriyada “Şturm”la üz-üzə gəlib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İstanbulda keçirilən ilk oyunda 2:0 hesablı qələbə qazanan Türkiyə təmsilçisi 2 görüşün nəticəsinə əsasən pley-off mərhələsinə vəsiqə qazanıb.

Bu gün Peyğəmbərin (s) vəfat, İmam Həsənin (ə) şəhadət günüdür

Hicri-qəməri təqvimi ilə bu gün səfər ayının 28-i Həzrət Məhəmməd peyğəmbərin (s) vəfatı və ikinci imam Həzrət Həsən ibni Əlinin (ə) şəhid edilən günüdür.

Həzrət Peyğəmbər (s) hicrətin 11-ci ilində 2 həftə davam edən xəstəlikdən sonra səfər ayının 28-də Mədinə şəhərindəki evində dünyasını dəyişib.