SEPAH Qeşm adasına hücuma cavab olaraq ABŞ-ın 3 ədəd F-35 təyyarəsini məhv etdiyini açıqlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Qeşm adasına endirdiyi zərbəyə cavab olaraq İordaniyadakı Əl-Əzraq hərbi bazasına ballistik raketlərlə hücum etdiyini açıqlayıb.
SEPAH-ın yaydığı bəyanatda bildirilib ki, ABŞ-ın Qeşm adasına hücumu nəticəsində yaşayış evlərinə ziyan dəyib və bir ailənin mülki üzvləri həlak olub.













