25 July 2026

Almaniyada ilk cümə namazı lövhəsinə sprey boya ilə vandalizm edilib

Ölkədə ilk olan lövhə şəhər girişində, katolik və protestant kilsələrinin ibadət vaxtı lövhələrinin altında yerləşirdi və cümə namazının vaxtlarını göstərirdi.

Almaniyanın Bavariya əyalətindəki Penzberqin girişində yerləşən namaz vaxtı lövhəsi, asıldıqdan cəmi dörd gün sonra vandalizm hədəfinə çevrilib.

DW Turkish-in məlumatına görə, hücum edənlər lövhəni sprey boya ilə tamamilə qara rəngə boyayıblar.

Quterreş Dəməşqdə Suriya lideri ilə görüşüb

Suriyada səfərdə olan BMT-nin Baş katibi Antonio Quterreş Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşüb. Bu, 2009-cu ildən bəri təşkilatın rəhbərinin Suriyaya ilk səfəridir.

SANA agentliyi xəbər verir ki, görüşdə Suriya Ərəb Respublikası ilə Birləşmiş Millətlər Təşkilatı arasında humanitar və inkişaf sahələrində əməkdaşlığın gücləndirilməsi, həmçinin postmüharibə dövründə bərpa və yenidənqurma işlərinin dəstəklənməsi yolları müzakirə edilib.

İran səfiri: Azərbaycanla qarşılıqlı münasibətlər həmişə dostluq əsasında olub

İranın Azərbaycandakı səfiri Azərbaycanlı investorların kənd təsərrüfatı sahəsinə marağına toxunaraq, dəmir yolu yük terminalını tərəflər arasında tranzit və iqtisadi əməkdaşlıq üçün zəruri sayıb və onun yaradılması istiqamətində iş aparıldığını bildirib.

İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu Ərdəbilin valisi Məsud İmami Yegane ilə görüşündə hər iki ölkə investorlarının müxtəlif sahələrə, xüsusilə kənd təsərrüfatına sərmayə yatırmağa maraqlı olduğunu bildirib.

Liviyanın Baş Müftisi: İordaniyanın ABŞ bazaları ilə bağlı yalanı ortaya çıxdı

Liviyanın Baş Müftisi Şeyx Sadiq əl-Qaryani bildirib ki, İordaniya ərazisinə raket hücumlarında Amerika əsgərlərinin ölümü İordaniya hökumətinin öz ərazisində Amerika hərbi bazalarının olmaması ilə bağlı “yalanlarını və aldatmacalarını” üzə çıxarıb.

Müftinin bu sözləri İranın İordaniya ərazilərini hədəf alan və Amerika qüvvələri arasında itki və yaralanmalara səbəb olan son raket hücumlarını qiymətləndirərkən səslənib.

ABŞ Rusiya və Çin də daxil olmaqla 60 ölkəyə yeni rüsumlar tətbiq edib, Avropa qərarı “xoşagəlməz sürpriz” adlandırıb

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya və Çin də daxil olmaqla 60 ticarət tərəfdaşından idxal edilən məhsullara 10 və 12,5 faizlik yeni gömrük rüsumları tətbiq edib.

“AP News”un məlumatına görə, iyulun 24-dən qüvvəyə minən rüsumlar ABŞ-nin ümumi idxalının 99 faizindən çoxunu əhatə edir.

Bakıda Avropa Cüdo Ümidləri Turnirinə start verilib

Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda 10 ölkədən 81 klubun 289 yeniyetmə cüdoçusu mübarizə aparır.

İki gün davam edəcək turnirdə Azərbaycan, Almaniya, Macarıstan, İsrail, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə və Ukraynanı təmsil edən idmançılar U-14 və U-16 yaş kateqoriyalarında tatamiyə çıxırlar. Yarış iştirakçılarının 245-i oğlan, 44-ü isə qız cüdoçudur.

İsrail ordusu növbəti dəfə Qəzzaya zərbələr endirib

Qəzzani günahsız insanların cəhənnəminə çevirən İsrail ordusu növbəti dəfə Qəzza zolağına zərbələr endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

İsrail həmişəki iddiası ilə ilə bu dəfə də hücumlarında HƏMAS-a məxsus hərbi obyektlərini, o cümlədən silah anbarlarını, silah emalatxanalarını və yeraltı obyektləri hədəf aldığı bildirib.

Mahir Əzimov azadlığa qovuşub

Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimov azadlığa çıxıb. O, həbs dövrünü başa vuraraq cəza çəkdiyi 17-saylı müəssisədən bu səhər buraxılıb. Siyasi məhbus 2022-ci ildə həbs edilmiş və saxta narkotiklərlə ittiham edilmişdi.

Həbs dövründə Əzimovlar ailəsi yeyiyetmə oğulları 14 yaşlı Məhəmməd Əzimovu itirir. Dənizdə boğulan yeniyetmə oğlunun dəfninə M. Əzimov buraxılır və o, bu faciə müddətinə 3 gün ailəsi ilə bərabər olur.

Ermənistan nümayəndələri təzyiq altında ölkənin maraqlarına uyğun olmayan razılaşmaları imzalamaq məcburiyyətində qala bilərlər

Ermənistan Politoloqlar Assosiasiyasının rəhbəri Miqran Şahzadeyan Zəngəzur dəhlizinin ölkə üçün ciddi geosiyasi və təhlükəsizlik riskləri yarada biləcəyini bildirib.

Şahzadeyanın sözlərinə görə, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi nəticəsində Ermənistan təkcə İranla əlaqələrindən məhrum olmaq təhlükəsi ilə üzləşməyəcək. Onun fikrincə, ölkə eyni zamanda demək olar ki, Rusiyadan da təcrid oluna və İran hərbçilərinin potensial hədəfinə çevrilə bilər.

Əraqçi: İran Hörmüz boğazında öz hüquqlarını müdafiə etməyə davam edəcək

Tehran ABŞ-nin təzyiqlərinə boyun əymək niyyətində deyil və ölkənin Hörmüz boğazı, eləcə də Fars körfəzindəki maraqları da daxil olmaqla, öz qanuni hüquqlarını ardıcıl olaraq müdafiə edəcək.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qırğızıstanda Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasının kuluarlarında bildirib.

Yəmən Səudiyyə Ərəbistanında ARAMCO obyektlərinə zərbə endirib

Yəmənin silahlı qüvvələri Səudiyyə Ərəbistanının həyata keçirdiyi hücuma cavab olaraq Cizan bölgəsində yerləşən strateji obyektlərə zərbələr endirdiyini açıqlayıb.

Bu barədə Yəmən mətbuatı məlumat yayıb.

Bildirilib ki, zərbələr nəticəsində bir sıra obyektlərdə yanğın baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə ARAMCO-nun neft emalı zavodu olduğu iddia edilən ərazi üzərində sıx tüstü buludlarının yüksəldiyi əks olunub.