22 July 2026

Hizbullah lideri Xəlil əl-Həyyaya təbrik mesajı göndərib

Livan Hizbullah Hərəkatının baş katibi Şeyx Naim Qasim HƏMAS Siyasi Bürosunun rəhbəri seçilən Xəlil əl-Həyyaya təbrik mesajı göndərərək müqavimətin qətiyyətlə davam edəcəyini vurğulayıb.

Hizbullahın açıqlamasına görə, Şeyx Naim Qasim əl-Həyyaya göndərdiyi mesajda bu seçkinin "son dərəcə çətin və düşmənçilik şəraitində" keçirildiyini qeyd edib və bunun HƏMAS-ın müqavimət yolundakı sarsılmaz iradəsinin və qətiyyətinin göstəricisi olduğunu bildirib.

"Neft satmadığımız bir bölgədə heç kim neft satmayacaq" - Qalibaf

"Neft satmadığımız bir bölgədə heç kim neft satmayacaq".

Bu barədə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf bildirib. O, Yaxın Şərqə ultimatum verib:

"Neft satmadığımız bir bölgədə heç kim neft satmayacaq. Təhlükəsizliyimiz təmin edilməsə, heç bir infrastruktur təhlükəsiz qalmayacaq və boğaz yalnız Amerika qüvvələri olmadan təhlükəsiz ola bilər"

Aytac Tapdığın səhhətinin sürətlə pisləşdiyi bildirilir

“Sərhədsiz Reportyorlar” Təşkilatı (RSF) həbsdə olan “Meydan TV” jurnalisti Aytac Tapdığın (Əhmədova) səhhətinin sürətlə pisləşdiyini bildirib.

Təşkilatın açıqlamasında qeyd olunur ki, iyulun 18-də 33 yaşı tamam olan jurnalist 2024-cü ilin dekabrından etibarən əsassız şəkildə həbsdə saxlanılır və ehtiyac duyduğu təcili tibbi yardımdan məhrum edilir.

UEFA Çempionlar Liqası II təsnifat mərhələsi: “Fənərbaxça” qələbə qazanıb

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Türkiyənin “Fənərbaxça” komandası öz meydanında Polşa təmsilçisi “Qornik Zabrze" komandasını qəbul edib.

İstanbul təmsilçisi minimal hesabla qalıb gəlib.

Yeganə topu rəqib qapısından Anderson Taliska keçirib.

Cavab görüşü növbəti həftə baş tutacaq.

Nurlan Libre: “Milli Mətbuat Gününü 'anti-milli' ünsürlər olaraq zindanda qeyd edirik”

“Meydan TV işi“ üzrə həbsdə olan jurnalist, “Portağal Media” saytının direktoru Nurlan Libre (Qəhrımanlı) Bakı İstintaq Təcridxanasından ictimaiyyətə məktub ünvanlayıb.

Jurnalistin “Milli Mətbuat Günü” ilə bağlı yazdığı məktubu “Toplum TV“ olduğu kimi təqdim edir.

Rusiyanın Odessaya zərbələri nəticəsində bir nəfər ölüb, magistral qaz xəttində yanğın olub

Rusiyanın Ukraynanın Odessa vilayətinə raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbə nəticəsində bir nəfər həlak olub.

Bu barədə Ukrayna tərəfi məlumat yayıb.

Odessa Vilayət Prokurorluğunun mətbuat katibi İnna Verbanın sözlərinə görə, hücum yaşayış məntəqələrini hədəf alıb. Nəticədə fərdi yaşayış evinin damı dağılıb, daha iki evə ziyan dəyib, pəncərələri sınıb. Hücum zamanı 61 yaşlı yerli sakin həlak olub.

Əraqçı: Türkiyə İranı bölməyə yönəlmiş ABŞ-İsrail planının uğursuzluğunda fəal rol oynayıb

İraqda yerləşən kürd silahlı qruplarının mümkün hücumlarının və İranı bölməyə yönəlmiş ABŞ-İsrail planının qarşısının alınmasında Türkiyənin rolunu vurğulayan Əraqçı deyib: "Onlar bu məsələdə qəti mövqe tutdular. Bu səylər İranı bölmək və daxili qarışıqlıq yaratmaq planının uğursuzluğunu təmin etdi." İran xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Türkiyə Şimali İraqda yerləşən İran kürd müxalifət qruplarının Tehrana qarşı yeni cəbhə açmasının və ölkəni bölmək planlarının qarşısının alınmasında "çox təsirli rol" oynayıb.

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür.

151 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub. Cəmi 56 nömrəsi çıxan qəzet xalqın aynası olub, Azərbaycan jurnalistikasının bayraqdarına çevrilib.

Pentaqon ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının dəyərini açıqlayıb

ABŞ-ın İrana qarşı hərbi əməliyyatları bu günə qədər təxminən 37,5 milyard dollara başa gəlib.

Bunu Pentaqon rəhbəri Pit Heqset Senatın Təxsisatlar Komitəsinin dinləməsində bildirib.

"Hazırda xərclər 37,5 milyard dollar olaraq qiymətləndirilir", - Heqset bildirib.

O, əlavə edib ki, bu rəqəmə əməliyyatın bütün xərcləri, eləcə də 30 sentyabra qədər hərbi ödənişlər daxildir.