Siyasi məhbus Süleyman Ələkbərov xanımlara müraciət edib: "Məni bağışlayın!"
Bu barədə Umbakı Pentensiar Kompleksinin qapalı tipli həbsxanasının "cəza kamerası"ndan 18 iyul tarixində 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülən siyasi məhbus, dindar Süleyman Ələkbərovun ailəsi məlumat verib:
"Süleyman 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb, "cəza kamerasın"da saxlanılır. Hazırda səhhətində yaranan çox ciddi problemlərə görə Umbakıda başladığı aclıq aksiyasını saxlayıb. Böyrəkləri fəaliyyətini yerinə yetirmir və Süleyman bu problemdən çox əziyyət çəkir.













