05 July 2026

Həbsxana sıxlıq olsa da, Ədliyyə məhbusların hüquqi azadlığını təmin etmək istəmir

“Onlarla məhbusun 2/3 hüququ çoxdan çatıb. Bu barədə həbsxana rəhbərliyinə də müraciət edilib. Rəhbərlik bildirir ki, onlar da məlum vəziyyət, xüsusən də həbsxanalarda sıxlıqla bağlı məhbusların vaxtından əvvəl buraxılmasına ehtiyac duyulduğunu söyləyiblər. Lakin Ədliyyə Nazirliyi Baş İdarə sankı deyilənləri eşitmir deyə heç bir dəyişiklik baş vermir.”

Cüdoçumuz Praqada gümüş medal qazandı

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk günü Azərbaycan millisi üçün bir medalla yadda qalıb.

Əbil Yusubov (-73 kq) finala gedən yolda keçirdiyi beş görüşün hamısından qalib ayrılıb. Həlledici qarşılaşmada italiyalı Luço Tavolettaya məğlub olan cüdoçumuz yarışı gümüş medalla başa vurub.

Qeyd edək ki, Avropa Kubokunun son yarış günündə millimizin daha 15 üzvü tatamiyə çıxacaq.

İran Hörmüz boğazıyla bağlı dost ölkələr üçün xüsusi şərtlər təklif edəcək

Tehran Hörmüz boğazında gəmiçiliyin yeni qaydalarının tətbiqini nəzərdən keçirir və dost ölkələr üçün xüsusi şərtlər müəyyən edilə bilər.

AFP xəbər verir ki, bunu İranın Çindəki səfiri Əbdolreza Rəhmani Fəzli Pekində keçirilən Dünya Sülh Forumunda çıxışında bildirib.

Epilepsiya xəstəsi cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra fiziki işgəncəyə məruz qalıb

“Oğlum Yusif Mirzəyev 7-ci zona köçürülən günü amansızlıqla döyülüb. Elə karantin otağında da işgəncə yaşayan Yusif anadangəlmə ağır epilepsiya xəstəsidir. Bu barədə hələ məhkəmə dövründə sənədlər təqdim etmişik. Onun başına vura-vura zor göstərənlər oğlumun həyatı ilə oynayan canilərdir.”

Həşdu-Şabi: Şəhid Ayətullah Xameneinin dəfn mərasiminə hazırıq

İraq rəsmiləri Kərbəla və Nəcəfdə şəhid lider Ayətullah Xameneinin dəfn mərasimi və anım mərasimləri üçün bütün hazırlıqların başa çatdığını bildiriblər.

Əl-İssavi Kərbəla və Nəcəfdə keçiriləcək mərasimlər üçün lazımi təşkilatların tamamlandığını, İraq rəsmiləri isə Kərbəlada genişmiqyaslı və möhtəşəm vida proqramının təşkili üçün bütün tədbirlərin görüldüyünü açıqlayıblar.

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4303 nəfərə çatıb

İsrail ordusunun Livanın cənubuna intensiv hava hücumları nəticəsində ölənlərin sayı 4303 nəfərə çatıb.

Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"2 martda hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan livanlıların ümumi sayı 4303-ə çatıb, 12202 nəfər isə yaralanıb", - məlumatda deyilir.

Ayətullah Xamenei ilə vida zamanı hər nümayəndə heyəti üçün oxunan Quran ayələrinin fərqliliyi diqqət çəkib

İranda Ali Dini lider Şəhid Seyyid Əli Xamenei ilə vida mərasimi davam edir. Mərasim Tehranda başlayıb, daha sonra Qum şəhərində davam edəcək və yekunda Məşhəddə dəfn mərasimi ilə başa çatacaq. Mərasimdə çoxsaylı dövlət və hökumət nümayəndələri, parlament sədrləri və rəsmi heyətlər iştirak edir.

Fransa 1/4 finala yüksəldi

Futbol üzrə dünya çempionatında Paraqvay - Fransa oyunu keçirilib.

1/8 final mərhələsinin matçı Filadelfiya stadionunda təşkil olunub.

Qarşılaşmanı özbəkistanlı FIFA referisi İlgiz Tantaşev idarə edib.

Oyunun nəticələrinə görə, Fransa komandası minimal hesabla qələbə qazanıb - 1:0.

70-ci dəqiqədə kobud oyuna görə təyin edilən penaltini Kilian Mbappe qola çevirib.

Tehranda Şəhid Ayətullah Xamenei və ailəsi üçün cənazə namazı qılındı

Saysız insan kütləsinin toplandığı İranın Tehran şəhərindəki Müsəlla kompleksində Şəhid Ali Dini Lider Ayətullah Seyid Əli Xamenei və ailəsi üçün cənazə namazı qılınıb. Namaza imamət İslam dünyasının böyük təqlid müctəhidi Ayətullah Cəfər Sübhani edib.

Cənazə bundan sonra Qum şəhərinə, oradan İraqa – Nəcəf və Kərbəlaya aparılacaq. Son səfər Məşhədə dönüşlə yekunlaşacaq. Ayətullah Xamenei iyulun 9-da Məşhəddə, İmam Rza (ə) ziyarət kompleksində torpağa veriləcək.

İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben Qvir fələstinlilərə qarşı bilinən siyasəti ilə bağlı saxlanılacağı ehtimalından ehtiyat edərək bu həftə ABŞ-ın Nyu-York şəhərinə planlaşdırdığı səfəri ləğv edib.

İsrailin "Haaretz" qəzetinin məlumatına görə, nazir BMT-nin Polis Rəisləri Sammitində iştirak etməli idi.

Azərbaycanın İsraildəki səfiri Təl-Əvivi tərk edib

Azərbaycan Respublikasının İsraildəki səfiri Muxtar Məmmədov İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı tanımasının ardınca Təl-Əvivi tərk edib.

Yerusalem Post qəzetinin yaydığı məlumata görə, səfirin gedişi Gideon Saarı - qondarma “erməni soyqırımı”nın tanınması

məsələsi ilə bağlı təşəbbüsünü açıqlamasından sonraya təsadüf edib.

Mənbə səfirin İsraili tərk etdiyini bildirir, lakin hələlik əlavə təfərrüat yoxdur.