Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı artıb
Livanda İsrailin aviazərbələri nəticəsində ölənlərin sayı 3 756-ya yüksəlib, 11 632 nəfər xəsarət alıb.
Bu barədə Livan Səhiyyə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
Qurumun məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda və şərqində "Hizbullah"ın obyektlərinin yerləşdiyi yaşayış məntəqələrinə hücumları davam etdirir.













