10 June 2026

İsrailin Cənubi Livana hücumlarında 11 nəfər sakin öldürülüb

İsrail ordusu çərşənbə günü Cənubi Livanın müxtəlif bölgələrinə genişmiqyaslı hava hücumları həyata keçirib. Hücumların əsas hissəsi Sur qəzasına daxil olan yaşayış məntəqələrini hədəf alıb.

Məlumata görə, zərbələr nəticəsində azı 11 nəfər şəhid olub, çoxsaylı yaralıların olduğu bildirilir.

Livanın Sayda şəhərində pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum zamanı bir avtomobil vurulub. Məlumata əsasən, hadisə nəticəsində bir nəfər şəhid olub.

Məhkəmə Əli Kərimli barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini uzadılıb

AXCP sədri Əli Kərimlinin həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Bununla bağlı iyunun 10-da Səbail Rayon Məhkəməsində müvafiq qərar qəbul edilib.

Məhkəmənin qərarına əsasən, Əli Kərimli barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha 5 ay, yəni noyabrın 13-dək uzadılıb.

HRW: “Azərbaycan hakimiyyəti tənqidçilərin onlayn çıxışlarından süni cinayət işləri qurur”

Azərbaycan hakimiyyəti xaricdə yaşayan hökumət tənqidçilərini sosial media paylaşımları və onlayn çıxışlar əsasında cinayət məsuliyyətinə cəlb edir. “Human Rights Watch” (HRW) təşkilatının iyunun 10-da yayımladığı yeni hesabatda belə deyilir.

Naxçıvan Beynəlxalq Hava Limanının vəzifəli şəxslərinə qarşı cinayət işi açılıb, saxlanılanlar var

Naxçıvan Beynəlxalq Hava Limanının vəzifəli şəxslərinə qarşı cinayət işi açıldığı, bilet satışından məsul olan 4 əməkdaşın isə saxlanıldığı bildirilir.

"Gündəlik Naxçıvan"ın hava limanında çalışan mənbəyə istinadən verdiyi məlumata görə, buna səbəb saxlanılan şəxslərin prezidentin köməkçisi Anar Ələkbərovun xalasına Naxçıvan–Bakı reysi üçün 60 manatlıq bileti 200 manata satması olub.

İsraillilər Fələstin torpaqlarını yandırırlar

Fələstin torpaqlarını ələ keçirən israillilər Ramallah şəhərində fələstinlilərə məxsus mülkləri yandırıblar.

Baş verən yanğının görüntüləri sosial mediada paylaşılıb.

İsrail əsgərləri və Fələstin torpaqlarını ələ keçirən israillilər son zamanlar işğal olunmuş Qərb Şəriyəsindəki Fələstin mülklərinə və kənd təsərrüfatı torpaqlarına hücumlarını artırıblar.

Bu gün İslam tarixində “Mübahilə” günüdür

“Mübahilə” sözü lüğəvi baxımdan qarşılıqlı şəkildə lənət diləmək və haqqın kimin tərəfində olduğunu ilahi hökmə həvalə etmək mənasını daşıyır. Termin olaraq isə iki tərəfin öz iddialarında haqlı olduqlarını sübut etmək üçün Allahdan yalançı tərəfə lənət nazil etməsini istəməsinə deyilir.

Mübahilə hadisəsinin əsası Ali-İmran surəsinin 61-ci ayəsinə dayanır:

Azərbaycan millisi San Marinonu məğlub etdi

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununu keçirib.

Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv San Marino yığması ilə qarşılaşıb.

Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda baş tutan görüşdə millimiz 2:1 hesablı qələbə qazanıb.

Millinin heyətində qolları Rəhman Daşdəmirov (27) və Renat Dadaşov (49) vurublar.

İran ABŞ hücumlarına cavab olaraq Bəhreynin beşinci hərbi donanmasına hücum edib

İranın Hərbi Dəniz Qüvvələri ABŞ-ın hücumlarına cavab olaraq, Bəhreynin beşinci hərbi donanmasına pilotsuz uçuş aparatı ilə hücum edib.

Bu barədə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. Bu ərazinin hədəfə alınmasına səbəb bu gecə İran ərazilərinin vurulması ilə müşahidə olunan hərbi təyyarələrin uçuşunun məhz Bəhreynin beşinci hərbi donanmasından gerçəkləşməsi göstərilir.