16 January 2026
"Toplum TV işi" üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov gəlirlərini ictimaiyyətə açıqlayıb.
Hollandiyada şiddətli partlayış: Ərazi mühafizə olunur
Partlayış Utrextin tarixi şəhər mərkəzindəki Visscherssteeg küçəsindəki bir binada baş verib.
Şahidlər titrəyişin çox güclü olduğunu, yerin silkələndiyini və ətrafdakı binaların pəncərələrinin sındığını bildirirlər. İlk böyük partlayışdan sonra ikinci, daha az güclü partlayış qeydə alınıb.
İlkin məlumatlara görə, ən azı dörd nəfər yaralanıb.
Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin sayı 340-a enib
"Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq" ölkədə siyasi məhbus sayılan şəxslərin yeni siyahısını açıqlayıb. Siyahıya 340 nəfərin adı daxil edilib.
Bu rəqəm birliyin 2025-ci ilin oktyabrında təqdim etdiyi siyahı ilə müqayisədə 52 nəfər azdır.
Türkiyə, Səudiyyə Ərəbistanı və Misir arasında hərbi əməkdaşlıq gündəmdədir...
Professor Ərbakan həm ölkəmizi, həm də İslam dünyasını sionistlərə, onların əlaltılarına və səlibçi düşüncəsinə qarşı qorumağın yolunu göstərdi.
Neft talanı başladı: ABŞ Venesueladan 500 milyon dollar qazandı
ABŞ administrasiyası Venesuelanın zəngin neft ehtiyatlarını ələ keçirdikdən sonra bu strateji sərvəti birbaşa bazarlarda satmağa başlayıb; ilk satışdan təxminən 500 milyon dollar qazandığı açıqlanıb. Bu addım Vaşinqtonun Venesuelaya qarşı təcavüz və müdaxilə siyasətinin iqtisadi cəhətdən güclü simasını bir daha ortaya qoyur.
"Biz başlasaq, atəşkəs olmayacaq" - İrandan Trampa xəbərdarlıq
İranın Ali İqtisadi Koordinasiya Şurasının katibi Möhsün Rzayi ABŞ prezidenti Donald Trampa ismarıc göndərib.
O, Ağ Ev rəhbərinə İrana hücum olarsa, hərbi bazalarını vurmaqla hədələyib:
"Əlbəttə ki, biz Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Türkiyə və İraqla qardaşlıq və dostluq münasibətlərini qoruyub saxlayacağıq.
"Milan"dan səfər qələbəsi
İtaliya A Seriyasında XVI turdan təxirə salınmış bir oyun keçirilib.
Çempionluq mübarizəsi aparan "Milan" səfərdə "Komo" ilə qarşılaşıb.
Gərgin və maraqlı keçən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qələbə sayəsində xallarını 43-ə yüksəldən "Milan" ikinci pilləyə yüksəlib.
Turnir cədvəlinə 46 xalla "İnter" başçılıq edir.
“Hər məsciddə kitabxana” layihəsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində davam etdirilib
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində uğurla başa çatıb.
Kazimeyndə şəhadət mərasimi keçirilib
Kazimeyn şəhərində İmam Musa əl-Kazimin (ə) şəhadəti münasibətilə matəm mərasimləri böyük ehtiramla keçirilir.
Müqəddəs məkana ölkənin müxtəlif bölgələrindən və xaricdən minlərlə zəvvar axın edib, mərasimlər dərin hüzn və mənəvi ovqat şəraitində davam edir.
Xatırladaq ki, Rəcəb ayının 25-i yeddinci İmam, Həzrət Museyi Kazimin (ə) şəhadət günüdür.
İsrailin Livana PUA hücumu nəticəsində “Hizbullah” üzvü öldürülüb
Livanda İsrail PUA-sının hücumu nəticəsində “Hizbullah” üzvü öldürülüb. Atəşkəsin imzalanmasına baxmayaraq birtərəfli olaraq İsrail Livanın ərazisinə hücumlarını davam etdirir. Heç bir təhlükənin yaşanmamasına baxmayaraq İsrail qonşu dövlətin ərazilərini hədəfə almaqdadır.
Bu dəfə İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsinin hücumu zamanı Livanın cənubunda “Hizbullah” hərəkatının silahlı qanadının üzvü öldürülüb.
Bəhruz Səmədovun nənəsinə etibarnamə verməsi ilə bağlı müraciəti rədd edilib
Həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədova öz adına olan bank hesabından istifadə etməsi üçün nənəsinə etibarnamə verməyə icazə verilmir.
İctimai fəal Səbinə Rəhimovanın yaydığı məlumata görə, bu barədə Bəhruz Səmədov telefon danışığında nənəsi Zibeydə Osmanovaya məlumat verib. Fəalın nənəsinə etibarnamə verilməsi ilə bağlı müraciəti əvvəlcə aşağı instansiya məhkəməsi, daha sonra isə Bakı Apellyasiya Məhkəməsi tərəfindən rədd edilib.













