İraq ordusu ABŞ qoşunlarının geri çəkilməsindən sonra Əyn əl-Əsəd bazasına nəzarəti tam təmin edib

İraq Ordusu ABŞ ordusunun geri çəkilməsindən sonra beynəlxalq koalisiya tərəfindən istifadə edilən İraqın qərbindəki Ənbar əyalətində yerləşən Əyn əl-Əsəd hava bazasına nəzarəti təmin edib.

Bu barədə İraqın Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

"17 yanvarda ordunun baş qərargah rəisi Əbdül Əmir Rəşid Yarallah ABŞ qoşunlarının geri çəkilməsi və İraq ordusunun bazaya tam nəzarəti təmin etməsindən sonra Əyn əl-Əsəd hava bazasında müxtəlif qollar və birləşmələr arasında tapşırıq və məsuliyyətlərin bölüşdürülməsinə nəzarət edib", - açıqlamada deyilir.