İrandakı iğtişaşlar ABŞ-ın planı idi

“İrandakı iğtişaşlar ABŞ-ın planı idi”.

Bu barədə İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei bildirib.

“ABŞ prezidentini İran xalqına qarşı verdiyi zərərlərə və atdığı böhtanlara, bunların nəticəsində itkilərə görə cinayətkar hesab edirik. Son iğtişaşlar Amerikanın bir planı idi. Tramp özü bu iğtişaşlara müdaxilə etdi, açıqlamalar verdi, iğtişaşçılara dəstək verdi və hərbi dəstək verəcəyini dedi", - Ayətullah Xamenei əlavə edib.

O, ABŞ-ın bu hadisələri planlaşdırdığını və məqsədini İran üzərində hökmranlıq olduğunu qeyd edib.

“Bu, hazırkı ABŞ prezidenti ilə bağlı deyil. Bu, Amerika siyasətidir”, - o vurğulayıb.