15 January 2026

Türkiyə məhkəməsi Gültəkin Hacıbəylinin şikayətimi təmin etməyib

Türkiyə məhkəməsi Azərbaycan Milli Məclisinin keçmiş deputatı, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib.

Bunu o, sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, ötən gün İstanbul İdarə Məhkəməsi barəmdəki deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib.

Netanyahunun təyyarəsi Təl-Əvivdən ayrıldı, ABŞ Qətərdən şəxsi heyətini geri çəkdi

İranla bölgədə davam edən hərbi fəaliyyət fonunda İsrail Baş naziri Netanyahuya təyin edilmiş "Sion Qanadı" təyyarəsi gözlənilmədən havaya qalxdı.

İsrail Baş naziri Binyamin Netanyahu tərəfindən rəsmi olaraq istifadə edilən "Sion Qanadı" təyyarəsi bu gün Ben-Qurion Hava Limanından yola düşərək ölkə sərhədlərini tərk etdi.

İstanbulda Qurani-Kərimin unikal nümunələri nümayiş olunur

44 fərqli ölkədən 114 Quran nüsxəsi, yazıldığı dövrlərin estetikasını əks etdirir və İstanbulda nümayiş olunur.

Taksim Məscidi Mədəniyyət və İncəsənət Mərkəzində açılan "Qızıl Hərflər: 114 Müshəf, Bir Söz" sərgisi, İslam tarixinin müxtəlif dövrlərində yazılmış Quran nüsxələri vasitəsilə ayələr ətrafında formalaşan konseptual dünyanı bir araya gətirib.

"Arsenal" "Çelsi"ni məğlub etdi

İngiltərə Liqa Kubokunun yarımfinalın ikinci oyunu keçirilib.

“Arsenal” səfərdə “Çelsi” ilə qarşılaşıb. Gərgin və maraqlı keçən görüş “topçular”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab oyunu fevralın 2-də təşkil olunacaq.

Yarımfinalın digər görüşündə “Mançester Siti” “Nyukasl”a 2:0 hesabı ilə qalib gəlib.

Final martın 22-də keçiriləcək.

Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir

Ukrayna ilə bağlı mümkün sülh sazişinin əldə olunmasını Rusiya deyil, Ukrayna ləngidir.

Bunu ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinə bildirib.

Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı təxminən dörd il davam edən hərbi əməliyyatları başa çatdırmağa hazır olduğunu deyib.

ABŞ prezidentinin sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski isə daha tərəddüdlüdür.

'Tramp yolu'nun ilk detalları açıqlanıb: 74 faiz ABŞ-yə, 26 faiz Ermənistana

Yanvarın 13-də gecə ABŞ və Ermənistan ABŞ-nin idarə edəcəyi tranzit dəhlizi ilə bağlı ilk əsas detalları açıqlayıblar.

Sənəd ictimaiyyətə Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın danışıqlarından sonra təqdim olunub. ABŞ-Ermənistan sazişinə görə, Yerevan ABŞ hökumətinin nəzarətində olan xüsusi bir şirkətə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlandırılacaq yol üzrə uzunmüddətli və müstəsna hüquqlar verəcək.