06 November 2025

“Qarabağ”ın avrokuboklar statistikası - 200 oyuna 250 qol

“Qarabağ” avrokuboklarda 200-cü oyununu keçirib və 250-ci qolunu vurub.

Bu, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turuna təsadüf edib.

“Çelsi” ilə oyun Ağdam klubunun qitə kuboklarında ümumilikdə 200-cü matçı kimi tarixə düşüb. Qurban Qurbanovun yetirmələrinin bu qarşılaşmadakı ilk topu Avropa klub turnirlərində vurduğu 250-ci qol olub. Yubiley topuna Leandro Andrade imza atıb. İngiltərə təmsilçisi ilə matç 2:2 hesabı ilə başa çatıb.

Tofiq Yaqublu hakimə: "0.1% ədalət kifayətdir ki, günahsız olduğumu etiraf edəsiniz"

Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublunun noyabrın 6-da Ali Məhkəmədə təyin olunan iclası təxirə salınıb. 

Bu barədə T.Yaqublunun qızı Nigar Həzi "Facebook" səhifəsində xəbər verib. Onun sözlərinə görə, buna səbəb məhkəmə iclasına sədrlik edən hakim İlqar Qılıcovun T.Yaqubluya geniş çıxış üçün söz vermək istəməsi olub. 

İ.Qılıcov məhkəməni növbəti 3 həftə ərzində təyin edəcəyini bildirib. 

Əli Kərimlinin mühafizəçisi hakim önünə çıxarıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvlərindən birinin - partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalovun (Basqalın) məhkəməsi başlanıb.

Noyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında K.Basqalın vəkili Nazim Musayev onun haqqında cinayət işinə xitam verilməsini istəyib. Bu barədə vəsatət qaldıran vəkil vurğulayıb ki, müvəkkilinin əməlində cinayət tərkibi yoxdur.

Azərbaycanlı ekspertlər növbəti dəfə Ermənistana gedib

Noyabrın 4-də Yerevanda dövlət nəzdində olan Orbeli Mərkəzinin təşkil etdiyi "Sülhün Qurulması və Çoxtərəfli Əməkdaşlıq" adlı konfransda 16 ölkədən 50-ə yaxın ekspert çıxış edib. Onların arasında Azərbaycandan Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov və "Carnegie" Rusiya Avrasiya Mərkəzinin tədqiqatçısı Zaur Şiriyev olub. 

Konfransda açılış nitqi ilə Ermənistan baş naziri Nikol Paşinyan çıxış edib. R.Hüseynov və Z.Şiriyev isə fərqli panellərdə çıxış ediblər. 

İsrailin yeni prosedurları Qəzzaya humanitar yardımı faktiki olaraq dayandırıb

İsrail rejiminin Qəzza və Qərb Sahilində fəaliyyət göstərən humanitar təşkilatlar üçün yeni və sərt prosedurları bir çox qurumu fəaliyyətini dayandırmağa məcbur edib.

İsrail rejimi Qəzza zolağında və işğal olunmuş Qərb Sahilində fəaliyyət göstərən çoxsaylı humanitar təşkilatlar üçün yardım paylanmasını faktiki olaraq dayandıran yeni prosedurlar tətbiq edib.

Böyük Britaniyada 26 mindən çox İnsan İsrailin futboldan kənarlaşdırılmasını tələb edir

İsrailin futboldan kənarlaşdırılması tələbi güclənir

Böyük Britaniyada 26 mindən çox insan İsrailin beynəlxalq futbol yarışlarından uzaqlaşdırılmasını tələb edən petisiyanı imzalayıb. Sənəd, Avropa Liqasının cümə axşamı baş tutacaq “Aston Villa” – “Makkabi Təl-Əviv” matçının ləğvini də nəzərdə tutur.

 

Qlobal miqyasda artan təzyiq

Şeytanın nifaqı artır: Zühurdan əvvəlki dövr çətinlikləri

Höccətül-İslam vəl-Müslimin Əli Axırzamanın vəziyyətinə toxunaraq deyib: "Şeytanların fəaliyyətləri Axırzamanda yüz qat artacaq, çünki onlar bilirlər ki, İmam Mehdinin (ə.f.) zühuru ilə öz sistemləri məhv olacaq. Buna görə də, onlar zühuru gecikdirməyə və möminləri səhv və qəflətə sürükləməyə çalışırlar."

İşğal altındakı İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrail hücumlarını gücləndirib

Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İsrail qüvvələri və qanunsuz yerləşən yəhudi sakinlər işğal olunmuş İordan çayının qərb sahilində hücumlarını, torpaq ələ keçirmələrini və od vurub yandırma hücumlarını artırıblar.

“Meclis.info işi” üzrə növbəti məhkəmə prosesində Anar Məmmədli şahid kimi ifadə verib

Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə “Meclis.info işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesdə təqsirləndirilənlər İmran Əliyev, polis nəzarətində saxlanılan Elgiz Qəhrəman və Tamella Musayeva iştirak ediblər.