03 November 2025

İmam Hüseyn (ə) Ziyarətgahı “Əyyami Fatimiyyə”də matəmə büründü

“Əyyami Fatimiyyə” günlərinə hazırlıq məqsədilə Kərbəlada İmam Hüseyn (ə) Ziyarətgahı qara rəngli banner və parçalarla bəzədilib.

“Əyyami-Fatimə” (Ərəb dilindən tərcümədə “Fatimə (s.ə) Günləri”) və ya “Əyyami Fatimiyyə”  ifadəsi, Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadətini qeyd etmək üçün müəyyən edilmiş xüsusi dövrü əhatə edir.

ADAU tələbəsi dünya çempionu olub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) "Mühasibat uçotu" ixtisası üzrə qiyabi təhsil alan V kurs tələbəsi Qasımzadə Xəyal Hüseyn oğlu 28–31 oktyabr tarixlərində Bakıda keçirilən Qol güləşi üzrə Dünya Çempionatında böyük uğura imza atıb.

Paralimpiya kateqoriyasında mübarizə aparan tələbəmiz sol qolda dünya çempionu, sağ qolda isə dünya üçüncüsü olub.

RSF İlham Əliyev və Bidzina İvanişvilini “mətbuat azadlığının yırtıcıları” adlandırıb

“Sərhədsiz Reportyorlar” (RSF) təşkilatı Azərbaycan Prezidenti İlham Əliyevi və Gürcüstanın “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvilini öz ölkələrində mətbuat azadlığını boğduqlarına görə “mətbuat azadlığının yırtıcıları” siyahısına daxil edib.

“Oc Media”nın məlumatına görə, təşkilat bu siyahını Jurnalistlərə qarşı cinayətlərdə cəzasızlığın aradan qaldırılması üzrə Beynəlxalq Gün münasibətilə noyabrın 2-də dərc edib.

Qəzzada humanitar böhran davam edir

10 oktyabrda atəşkəs başlayandan bəri Qəzzaya yalnız 3203 yardım maşını daxil olub.

Qəzzadakı hökumətin media ofisi yazılı açıqlamada 10-31 oktyabr tarixləri arasında Qəzzaya daxil olan yük maşınlarının sayı ilə bağlı yenilənmiş rəqəmləri paylaşıb.

Bu məlumatı paylaşmaqda məqsəd ictimaiyyəti Qəzzada humanitar vəziyyət barədə məlumatlandırmaq və atəşkəs müddəalarının icrasını izləməkdir.

Sudanda nələr baş verir?

2019-cu ildə Ömər əl-Bəşirin devrilməsi ilə başlayan proses Sudan ordusu ilə Sürətli Dəstək Qüvvələri (SDQQ) arasında münaqişənin kəskinləşməsinə və regional güc balansının pozulmasına səbəb oldu.

Sudan 15 aprel 2023-cü ildən bəri ordu ilə xaricdən dəstəklənən SDQ arasında şiddətli döyüşlərin səhnəsi olub. Ölkənin qərbindəki Darfur bölgəsinin ən böyük şəhəri olan Fəşir şiddətli döyüşlərdən sonra əsasən SDQ-nin nəzarəti altına keçib.

ABŞ Səfiri: Türkiyə ilə İsrail arasında ticarət sazişi yaxın vaxtlarda imzalana bilər

Barrak: “Türkiyə və İsrail arasında müharibə olmayacaq”

ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak bəyan edib ki, Türkiyə ilə İsrail arasında gərginlik gözlənilmir, əksinə, iki ölkə arasında diplomatik yaxınlaşma müşahidə olunur. O, yaxın gələcəkdə Ankara ilə Təl-Əviv arasında ticarət sazişinin imzalanacağını istisna etməyib.

 

“Livan İsrail ilə danışıqlara başlaya bilər”

Serbiya paytaxtında Vuçiçin tərəfdarları və əleyhdarları arasında qarşıdurma yaranıb

Bu barədə Serbiya televiziyası məlumat verib.

Vuçiçin əleyhdarları ona qarşı təhqiramiz sözlər deyir, tərəfdarları isə dövlət başçısını dəstəkləyən şüarlar səsləndirirlər.

Hər iki tərəf qısa müddət sonra bir-birinə qarşı fişəng və plastik butulkalarla hücum edib.

Qalxan və dəbilqə ilə təchiz olunmuş xüsusi polis bölmələri parlament binasının qarşısına gəlib.

İstanbul derbisində “Fənərbaxça” “Beşiktaşı” səfərdə məğlub edib

Türkiyə Super Liqasında X turun görüşləri davam edir.

Günün ilk matçında "Konyaspor" öz meydanında "Samsunspor"u qəbul edib.

Günün mərkəzi matçında isə "Beşiktaş" evdə "Fənərbaxça"nı qəbul edib. Gərgin keçən qarşılaşmada azarkeşlər 5 qola şahidlik ediblər. Oyun qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.