12 July 2025

Yəməndə yüz minlərlə insan Qəzza xalqı ilə həmrəylik nümayişi keçirib

Yəməndə yüz minlərlə insan sionist İsrailin hücumları ilə üzləşən Qəzza xalqı ilə həmrəylik nümayişi keçirib.

Yəmənlilər cümə namazından sonra paytaxt Sənanın Sebin küçəsində toplaşaraq, İsrail rejiminin Qəzza və Yəmənə qarşı hava hücumlarına etiraz edərək Fələstinə dəstəklərini ifadə ediblər.

Nümayişdə həmçinin sionist İsrailin Fələstin xalqına qarşı hücumlarını pisləyən bəyannamə oxunub.

ABŞ 500 milyon dollarlıq yardımı təsdiqlədi

Senatın Silahlı Qüvvələr Komitəsi 2028-ci ilə qədər Ukraynaya 500 milyon dollar hərbi yardımın ayrılmasını təsdiqləyib.

Bu müddəa komitənin təsdiq etdiyi 2026-cı maliyyə ili üçün ABŞ-ın müdafiə büdcəsi layihəsində yer alıb.

Komitənin dərc etdiyi fon materiallarına görə, qəbul edilmiş qərarlar "Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsünün (USAI) 2028-ci ilə qədər uzadılmasını və bu proqram üçün maliyyənin 500 milyon dollara qədər artırılmasını" nəzərdə tutur.

“Qarabağ” “Tvente” ilə ilk oyunda qələbə qazandı

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” növbəti yoxlama oyununu keçirib.

Ağdam təmsilçisi Niderlandın “Tvente” klubu ilə qarşılaşıb. Görüş Azərbaycan çempionunun əzmkar qələbəsi ilə başa çatıb - 3:2.

“Qarabağ” rəqibin vurduğu erkən qollarla hesabda geri düşsə də, sonradan 3 dəfə fərqlənərək qalib gəlib. Komandamızın heyətində qolları Abdullah Zubir (2) və Leandro Andrade vurublar.

Suriyada silah anbarının partlaması nəticəsində azı 5 nəfər ölüb

Suriyanın Hələb şəhəri yaxınlığında silah anbarında baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bu barədə “Al Mayadeen” telekanalı mülki müdafiə xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Suriyanın keçmiş hava hücumundan müdafiə bazasında döyüş sursatlarının partlamasına nəyin səbəb olduğu məlum deyil.

İctimai fəal Anar Abdulla inzibati qaydada 30 sutka həbs edilib

İctimai fəal Anar Abdulla inzibati qaydada 30 sutka həbs edilib. Bu barədə “Abzas Media”ya onun yaxınları məlumat verib.
 

Fəal iyulun 11-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddələrilə təqsirli bilinib.

Hakimiyyətin son hazırlığı : AŞURA 9-cu hissə

İslam dini iki məzhəb – sünnü və şiə məzhəblərinə bölünən iki xətt üzərində genişlənir. Sünnü məzhəbi dörd qol- Şafei, Hənbəli, Hənəfi və Maliki, şiəlik isə Cəfəri olaraq dünyada əqidə məktəbini tərəfdarları arasında bölüşür. Yəni İslam beş məzhəbin düşüncələri arasında fəaliyyətdədir. Bu məzhəblər biri digərinin fikir və düşüncələrinə hörmətlə yanaşaraq fərqli fikirlərə malik olduğu məsələlərdə digər məzhəbin baxışlarını gözləyir.