10 July 2025

Yunan işçilər İsrailə gedən hərbi yükləri boşaltmaqdan imtina edirlər

Yunanıstanın Pirey limanında “Ever Golden” gəmisinin daşıdığı hərbi yüklərin boşaldılmasına qarşı çıxan liman işçiləri beynəlxalq həmrəyliyə çağırıblar.

Yunanıstanın Pirey limanında “Ever Golden” konteyner gəmisi İsrailə təyinatlı hərbi təyinatlı polad yük daşıdığı üçün liman işçiləri tərəfindən boşaldılması qadağan edilib. Enedep birliyi işçilərin "bu qatil yükün bir qarışını belə aşağı salmayacağını" açıqlayıb.

Duqin: İrana hücum “Böyük İsrail” layihəsini həyata keçirmək üçün idi

Görkəmli rus mütəfəkkiri və nəzəriyyəçisi Aleksandr Duqin sionist rejimin İrana son hücumunu müvəqqəti hadisə kimi deyil, “Böyük İsrail” layihəsinin həyata keçirilməsində bir mərhələ kimi qiymətləndirib.

Onun sözlərinə görə, bu layihənin son məqsədi regionda müqavimət oxunu, xüsusən də şiə İslamının ürəyi olan İranı məhv etməkdir.

İsrail daha 48 fələstinlini şəhid etdi

Soyqırım törədən İsrail ordusunun səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda aralarında uşaqlar və humanitar yardım istəyənlərin də olduğu ən azı 48 fələstinli şəhid olub, onlarla insan yaralanıb.

Xəstəxana mənbələri və şahidlərin bildirdiyinə görə, İsrail Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda köçkünlərə sığınan çadırları və fələstinlilərə məxsus evləri hədəf alıb.

Əliyev və Paşinyan Əbu-Dabidə sülh müqaviləsini müzakirə ediblər

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş yekunlaşıb.

“Abzas  Media” xəbər verir ki, görüş konstruktiv mühitdə keçib və tərəflər Ermənistan-Azərbaycan sülh gündəliyinin əsas istiqamətləri üzrə ciddi və əhatəli müzakirələr aparıblar. Sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlər danışıqların əsas mövzularından olub.

Məhkəmə siyasi məhbus ailələrinin Tolikə qarşı qaldırdığı şikayəti icraata götürməyib

İyulun 10-da Nərimanov Rayon Məhkəməsində siyasi məhbus ailələrinin Tolikə (Tarix Əliyev) qarşı qaldırdığı şikayət əsasında məhkəmə prosesi baş tutub.

Kamal Babayevin başçılıq etdiyi hakimlər kollegiyası siyasi məhbus ailələrinin şikayətini icraata götürməkdən imtina edib.

Türkiyədə daha bir bələdiyyə sədri saxlanılıb

İstanbul Maliyyə cinayətkarlığı ilə mübarizə şöbəsinin əməkdaşları bu səhər Şilə Bələdiyyəsində əməliyyat keçirib.

Əməliyyat nəticvəsində bələdiyyə sədri Özgür Kabadayı saxlanılıb.

Onunla yanaşı, bələdiyyənin bəzi əməkdaşları da göz altına alınıb.

Hazırda araşdırmalar davam etdirilir. Məsələ ilə bağlı rəsmi qurumlar açıqlama verməyib.

BRİKS-in “Rəqəmsal Valyuta”sının dollara qarşı hərəkəti

BRİKS ölkələri dollar hegemonluğuna qarşı rəqəmsal valyuta təkanlarını sürətləndirir. İqtisadçı Bartu Soral bildirib ki, BRİKS ölkələrinin birgə rəqəmsal valyuta planı təkcə texniki deyil, həm də siyasi və sistemli bir problemdir. "İstehsal BRİKS-də, pul isə dollardadır. Bu ziddiyyət pozulur" deyə Soralın bildirib.

ABŞ İsrailin işğal planını rədd etdi!

ABŞ rəhbərliyinin Qəzzada atəşkəs danışıqları zamanı İsrail rejiminin Qəzzaya dair "işğal planına" qarşı çıxdığı iddia edilib.

ABŞ-ın Axios saytının məlumatına görə, ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və İsrailin strateji işlər naziri Ron Dermer Ağ Evdə atəşkəs danışıqları ilə bağlı görüş keçiriblər.

İsrail fələstinli uşaqların qətliamını artırıb – DƏHŞƏTLİ STATİSTİKA

İsrail ordusunun Qəzza sektorunda qətlə yetirdiyi 5 yaşadək olan uşaqların sayı 10 dəfə artıb.

Buna “Sərhədsiz həkimlər” təşkilatının məlumatları dəlalət edir.

Hesabatda qeyd olunur ki, İsrail hərbçilərinin öldürdüyü 1 aylığadək olan qəzzalı körpələrin sayı isə 6 dəfə artıb.

Sekulyar dini sistem - Dubay modeli

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda Aşura mərasiminin keçirilməsinə qadağa yoxdur. Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) "fətvasına" əsasən, Aşura iyulun 5-də qeyd olunub və bu qərar dövlətin qaydalarına uyğun olaraq həyata keçirilib.

Hakimiyyətin son hazırlığı : AŞURA. 7-ci hissə

İnanclıların “İran cəsusu” adı altında həbsləri. İran-Azərbaycan münasibətlərinin gərginliyi fonunda necə deyərlər “bir gülləyə iki dovşan” vurmağa bənzəyirdi. Hakimiyyət həm iki dövlət arasında planlaşdırılmış münasibətlərin arzuolunmaz həddə qədər qaldırılmasına nail olduğu halda, mediada İran ünvanına hər növ mənfi təbliğatı apararaq Aşura mərasimlərinə qarşı maniə sayılan inanclıları “İran cəsusu” adı altında həbs etmiş olacaqdı. Bunun üçün o, çox da böyük enerji sərf etmiş olmayacaqdı.