09 July 2025

“Fələstin problemi yoxdur, Livan problemi yoxdur, Suriya problemi yoxdur, Yəmən problemi yoxdur, İran problemi yoxdur - açıq şəkildə İsrail problemi var”

İngilis nəşri yazır ki, hər iki ölkədə qarşı-qarşıya duran dünyagörüşləri kompromis üçün yer buraxmır və silahlı münaqişə hər an başlaya bilər

“İsrail və İran arasında son eskalasiyanın nəticələri yeni böyük qarşıdurmaya səbəb ola bilər. Təl-Əvivin aqressiv ritorikası Türkiyəni narahat edib. İndi iki güc arasında birbaşa toqquşma ehtimalı dəfələrlə artıb”. Bu barədə “Financial Times” yazır.

Həbsdə olan PKK lideri yenidən müraciət etdi - "Silahları yerə qoyun!"

Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalan yenidən tərəfdarlarına müraciət edib.

Öcalan İmralı Həbsxanasından 7 dəqiqəlik videoya çəkildiyi bildirilən mesajında ​​təşkilatı silahı yerə qoymağa çağırıb.

Öcalanın mesajı ilə birlikdə həbsdə olduğu digər məhbuslarla yeni fotosu da paylaşılıb.

"Çelsi" finala yüksəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında ilk finalçı bəlli olub.

Yarımfinalın birinci matçında İngiltərənin “Çelsi” komandası Braziliyanın “Fluminense” klubu ilə üz-üzə gəlib. Rəqibinə 2 cavabsız qolla qalib gələn London təmsilçisi adını finala yazdırıb.

Qeyd edək ki, yarımfinalın digər görüşü iyulun 9-da İspaniyanın "Real Madrid" və Fransanın PSJ kollektivləri arasında olacaq.

Yəmən bir sutka ərzində İsraillə əlaqəli iki gəmini batırdı

Yəmənin Ənsarullah Hərəkatı dünən Yəmənin Hudeydə sahillərində Yunanıstan şirkətinə məxsus Liberiya bayraqlı yük daşıyan gəmiyə hücumun məsuliyyətini öz üzərinə götürüb. Magic Seas gəmisinin heyətinin gəmini batmazdan əvvəl tərk etdiyi açıqlanıb.

Aradan 24 saat keçməmiş, bu gün axşam saatlarında Hudeyda sahillərində yunan şirkətinə məxsus daha bir kommersiya yük daşıyıcısı hücuma məruz qalıb.

Azərbaycanda kazinoların fəaliyyətinə icazə verildi

Azərbaycanda kazino oyunları leqallaşdı. Milli Məclis süni torpaq sahələrində kazino fəaliyyətini icazələyən qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Layihəyə əsasən, Azərbaycanda kazino yalnız Xəzər dənizində yaradılan süni torpaq sahələrində təşkil oluna bilər.

Bildirilib ki, kazinoların fəaliyyəti vergilərin artırılmasına, turizmin inkişafına və yeni iş yerlərinin açılmasına xidmət edəcək.

Hakimiyyətin son hazırlığı : AŞURA 6-cı hissə

Gəncə hadisəsi hakimiyyətin çox sürətli qərar verməsi səbəbindən kobud səhvlərin aşkar nümayişi ilə yadda qaldı. Hətta Aşura mühafizlərinin cənazələri belə ailələrinə verilmədən gizlin dəfn olunması bu işdə üzə çıxılması istənilməyən bir çox dəhşətli işgəncələrin gizlədilmə səbəbi ilə gerçəkləşdi. Səhvin başlıca amili isə Aşura ərəfəsinə hazırlanmış təmizləmə planını Yunis Səfərovun pozması idi.