08 June 2024

Güləşçimiz reytinq turnirinin finalına yüksəldi

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində finala yüksəlib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda iranlı Meysam Dalxanini sınağa çəkib.

Rəqibinə 10:1 hesabı ilə qalib gələn M.Məmmədov adını həlledici mərhələyə yazdırıb. O, qızıl medal görüşündə moldovalı Viktor Kiobanu ilə qarşılaşacaq.

Seyid Həsən Nəsrullahın Livanlı döyüşçülərə və onların ailələrinə mesajı

Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah Livanda Ailə Həftəsi kimi tanınan İmam Əli (ə) və Həzrət Fatimeyi Zəhranın (ə) evlilik ildönümü münasibətilə Livan döyüşçüləri və onların səbirli ailələrinə mesaj göndərib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullahın mesajının tam mətni belədir:

“Mücahid qardaşlarımız və onların səbirli və mücahid ailələri, Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

İsrail arzuolunmaz bir quruma çevrilib

Həmas Hərəkatının Siyasi Bürosunun üzvü İzzət ər-Rişk bildirib ki, sionist İsrail beynəlxalq məhkəmələrdə mühakimə olunan arzuolunmaz bir quruma çevrilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İsrail ordusunu "münaqişə zonalarında uşaqlara zərər verən" ölkələrdən qara siyahıya salmasından sonra Həmas Hərəkatının Siyasi Büro üzvü Rişk Telegram hesabından yazılı açıqlama verib.

“40 ildir AB-nin qapısında gözləyən Türkiyə BRİKS-i seçə bilər”

Rus ekspert Kirill Koktış Ankaranın BRİCS-ə mümkün üzvlüyünün Türkiyə iqtisadiyyatı üçün faydalı nəticələri olacağını bəyan edib.

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyənin BRİKS-ə qoşulmaqda marağını qiymətləndirərək bildirib ki, təşkilata üzvlük digər dövlətlər üçün açıqdır, lakin Aİ və NATO-dan fərqli olaraq bu, qarşılıqlı hörmətə əsaslanır.

Husilər Yəməndə BMT və digər beynəlxalq yardım qruplarının işçilərini saxlayıb

Yəmən hökumətinin rəsmiləri və yardım qrupu bildirib ki, cümə axşamı keçirilən bir sıra reydlər zamanı ən azı 18 beynəlxalq yardım qrupu işçisi, o cümlədən doqquz yəmənli BMT işçisi saxlanılıb.

Mayyun İnsan Hüquqları Təşkilatı vebsaytına yerləşdirdiyi məlumatda öz mənbələrinə istinadən bildirib ki, husi təhlükəsizlik və kəşfiyyat rəsmiləri Yəmən paytaxtı Səna, habelə Hudeydə, Səda və Amran şəhərlərində eyni vaxtda silahlı reydlər keçiriblər.

BMT-nin baş katibi İsrail Müdafiə Qüvvələrini uşaq istismarçılarının qara siyahısına salıb

İsrail Müdafiə Qüvvələri “uşaqlara qarşı qanun pozuntusunu törədənlər” siyahısına daxil edilib.

BMT-nin baş katibi Antonio Quterreş İsrail Müdafiə Qüvvələrini münaqişə zamanı uşaqlara qarşı zorakılıq edənlərin qara siyahısına əlavə edib. Bu barədə İsrailin BMT-dəki daimi nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.