03 November 2023

Fransada Azərbaycan cüdoçusuna qarşı haqsızlıq

Monpelyedə keçirilən cüdo üzrə Avropa çempionatının birinci günündə Azərbaycan idmançısı Balabəy Ağayev (60 kiloqram) italiyalı Andrea Karlino ilə görüşündə hakimin haqsız qərarına məruz qalıb.

"Unikal" xəbər verir ki, bu haqda Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, ilk görüşündə italiyalı Andrea Karlino ilə üz-üzə gələn B.Ağayev hakimin yanlış qərarı nəticəsində sonda rəqibinə məğlub olub:

İsrail təcili yardım karvanını bombaladı: Ölən və yaralananlar var

İsrail ordusunun minlərlə xəstə və mülki şəxsin olduğu Şifa xəstəxanasından çıxan təcili yardım karvanını vurub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, hücumda ölən və yaralananların olduğu bildirilib.

Bildirilib ki, təcili yardım maşınları Misirin nəzarəti altında olan Rəfah Sərhəd Qapısına doğru hərəkət edərkən vurulub.

Pakistanda partlayış törədilib, ölənlər var

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Pakistanda partlayış nəticəsində azı 5 nəfər ölüb

Pakistanın şimalında törədilən hücumda polis qüvvələrinin hədəf alındığı bildirilib.

Polis rəsmisi Məhəmməd Adnan bildirib ki, partlayış Dera İsmayıl Xan şəhərində patrul vəzifəsini icra edən təhlükəsizlik qüvvələrinin yaxınlığında baş verib.

Məhkəmədə gərginlik: Rasim Məmmədov Əvəz Zeynallı ilə üzləşdi

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Xural TV-nin sahibi Əvəz Zeynallı və Səda TV-nin sahibi Elnur Şükürovun məhkəməsi davam edib. 

Prosesdə “Baku Steel Company” MMC-nin həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədov şahid qismində dindirilib. 

O, ifadəsində Əvəz Zeynallını kəskin tənqid edib. 

Jurnalistin məhkəməsinin 16 aydır davam etdiyi bildirilir

Demokratik.az saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayev) məhkəməsi əsassız olaraq gecikdirilir.

Bu barədə jurnalistin həyat yoldaşı Arzu Rzayeva Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, məhkəmə istintaqı artıq 16-cı aydır ki, davam edir.

Rzayevanın fikrincə, Roman Ələkbərlinin sədrliyilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin məhkəmə heyəti “müxtəlif bəhanələrlə” məhkəmə prosesini qəsdən təxirə salır.

Qəzza İslam dünyasının daxilində silkələnmə yaradacaq

Qəzza hadisələri, fələstinlilərin inadlı müqaviməti İslam dünyasının daxilində silkələnmə yaradaraq, ideoloji oyanışın və yeni bir başlanğıcın əsasını qoyacaq, əmin olun!

Çünki bu hadisələrə baxış və yanaşma həm də İslam coğrafiyasındakı insanları və dövlətləri bir-birinə tanıtma əlaməti, nişanəsi sayılacaq.

Azərbaycan türk dövlətlərinə 20 milyard sərmayə qoyub

"Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir".

Operativtv.com Toplum-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə çıxış edərkən bildirib.

Azərbaycan çempionatında "Zəfər turu" başlayır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.

Unikal xəbər verir ki, “Zəfər turu”nun açılış matçında "Səbail" "Turan Tovuz"u qəbul edəcək.

"ASCO Arena"da reallaşan qarşılaşma saat 19:00-da başlayacaq. Paytaxt təmsilçisi 18 xalla 4-cü, Tovuz klubu 15 xalla 6-cı pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XII tur

Əlcəzair prezidentinə İsrailə müharibə elan etmək səlahiyyəti

Əlcəzair parlamenti yekdilliklə ölkə prezidenti Əbdülməcid Tebbuna Qəzza zolağına dəstək məqsədilə İsrailə müharibə elan etmək səlahiyyəti verib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, hazırda prezidentin səlahiyyətlərindən istifadə edib-etmədiyi məlum deyil.

Məlumata görə, qərar ötən gün parlamentin iclasında qəbul edilib. 

Türkiyəli jurnalistlər Fələstin jurnalistləri ilə həmrəylik aksiyası keçirib

 Birləşmiş Millətlər Təşkilatının (BMT) elan etdiyi "2 noyabr jurnalistlərə qarşı cinayətlərə görə beynəlxalq cəzasızlıqla Mübarizə Günü"ndə Türkiyə  jurnalistləri İstanbulda fələstinli həmkarlarına dəstək aksiyası keçirib və hərbi əməliyyatların dayandırılmasına çağırıblar.

Fələstin Jurnalistlər Birliyinin 1 noyabr tarixli bəyanatında bu dövrdə İsrailin hücumları nəticəsində 25 fələstinli jurnalist və 13 media işçisinin öldüyü elan edildi.

 

Turan.az